Politoloq Rasim Musabəyov

"Azərbaycanın pulla aldığı silahı Ermənistan pulsuz əldə edir"

89
(Yenilənib 14:47 01.06.2016)
Azərbaycanlı deputat: "Xəritəni açın, baxın. Ermənistan DQ-dən 3 dəfə artıq Azərbaycan ərazilərini işğal edib. Azərbaycan razıdır ki, təmas bölgəsində monitorinq keçirilsin"

BAKI, 1 iyun — Sputnik. "Xosrov Arutunyan baş nazir olanda Rusiya Ermənistana milyard dollarlıq silah verirdi. Azərbaycanın pulla aldığı şeyi Ermənistan pulsuz alır. Əgər Ermənistan düşünürsə ki, elə belə də olmalıdır, bu, başqa məsələ".

Bu fikri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə, millət vəkili Rasim Musabəyov deyib.

"Xəritəni açın, baxın. Ermənistan DQ-dən 3 dəfə artıq Azərbaycan ərazilərini işğal edib. Azərbaycan razıdır ki, təmas bölgəsində monitorinq keçirilsin. Amma ilk əvvəl hərbi əməliyyatlar dayandırılmalıdır, kommunikasiya xətləri bərpa edilməlidir, məcburi köçkünlər evlərinə qayıtmalıdır, bundan sonra DQ-nin statusu müəyyən edilməlidir. Azərbaycan başqa danışıq aparmayacaq", — Musabəyov əlavə edib.

Qeyd edək ki, bu gün Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü keçirilib.

Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak ediblər.

89
Teqlər:
Xosrov Arutunyan, "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri", Rasim Musabəyov, Ermənistan, Rusiya, Azərbaycan
Əlaqədar
"Aprel hadisələri zamanı Sarkisyan Moskvaya yalvardı"
"Bu prosesdə pauza vermək olmaz"
Erməni deputat: "İşğal olunmuş ərazilər geri qaytarılmalıdır"
"Danışıqlarda 1994-cü ilə qayıtmaq artıq illüziyadır"
"Konstruktiv danışıqlardan o vaxt söhbət gedə bilər ki..."
"Biz erməniləri təbrik edəcəyik, amma..."