Politoloq Tofiq Abbasov

"Biz erməniləri təbrik edəcəyik, amma..."

64
(Yenilənib 14:28 01.06.2016)
Tofiq Abbasov: "Ermənistan rəhbərliyi deyir ki, biz silah alaraq hərbi əməliyyatları davam etdirəcəyik. Əgər Ermənistanın ali rəhbərliyi hərbi əməliyyatları davam etdirməkdə maraqlıdırsa, necə iddia edə bilər ki, o, sülh tərəfdarıdır?"

BAKI, 1 iyun — Sputnik. "Cənab Poqosyanın, deyəsən erməni mətbuatının yazdığından xəbəri yoxdur. Onlar yazırlar ki, Azərbaycan apreldə geri aldığı 800 hektar torpaqları geri qaytarsın. Azərbaycan deyir ki, bu 1000 hektardan çoxdur. Ona görə də Poqosyanın Azərbaycanın aprelin 6-da atəşkəs üçün Moskvaya yalvarması barədə dediyi fikrin əsası yoxdur".

Bu fikri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə Tofiq Abbasov deyib.

"Qarabağda 120 mindən az erməni yaşayır. Hadisələr daha əvvəl başlayıb. Ermənistan 300 minə yaxın azərbaycanlını Ermənistandan qovaraq etnik təmizləmə həyata keçirib", — politoloq bildirib.

T. Abbasov əlavə edib ki, Azərbaycanın istəyi Ermənstanın öz hərbiçilərini işğal altındakı torpaqlardan çıxarmasıdır: "Azərbaycan öz torpaqlarında hərbi əməliyyatlar keçirmək istmir. Çünki bu, bizim ölkənin infrastrukturuna mənfi təsir göstərir".

"Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satır. Ermənistan rəhbərliyi deyir ki, biz silah alaraq hərbi əməliyyatları davam etdirəcəyik. Əgər Ermənistanın ali rəhbərliyi hərbi əməliyyatları davam etdirməkdə maraqlıdırsa, necə iddia edə bilər ki, o, sülh tərəfdarıdır?", — deyə siyasi şərhçi bildirib.

"Biz sizin dediyiniz kimi, erməniləri təbrik edəcəyik. Amma sizin dediyiniz kimi DQ-nin müstəqilliyi günü münasibətilə deyil, Azərbaycanın tərkibində daha yaxşı şərtlərlə yaşamağa başlamaları münasibətilə", — T. Abbasov əlavə edib.

Qeyd edək ki, bu gün Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü keçirilir.

Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edirlər.

64
Teqlər:
Poqosyan, Tofiq Abbasov, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan, işğal
Əlaqədar
"Aprel hadisələri zamanı Sarkisyan Moskvaya yalvardı"
"Bu prosesdə pauza vermək olmaz"
Erməni deputat: "İşğal olunmuş ərazilər geri qaytarılmalıdır"
"Danışıqlarda 1994-cü ilə qayıtmaq artıq illüziyadır"
"Konstruktiv danışıqlardan o vaxt söhbət gedə bilər ki..."
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

4
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

4
İlham Əliyev Şuşada

"Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm" - İlham Əliyev

10
Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.

BAKI, 15 yanvar — Sputnik. "Əziz hərbçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı zamanı bildirib.

İlham Əliyev qeyd edib ki, Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi:

"Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib".

10
Teqlər:
Şuşa, İlham Əliyev
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

0
(Yenilənib 19:19 15.01.2021)
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

0