Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsü

"Konstruktiv danışıqlardan o vaxt söhbət gedə bilər ki..."

58
(Yenilənib 14:30 01.06.2016)
Erməni deputat: "Əsgərlər ölməsin, dinc əhali zərər görməsin"

BAKI, 1 iyun — Sputnik. "Apreldə Azərbaycan Rusiyadan xahiş edib ki, atəş dayandırılsın. Konstruktiv danışıqlardan o vaxt söhbət gedə bilər ki, Azərbaycan ilk olaraq DQ-nin müstəqilliyini tanısın".

Bu fikri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə deputat Tevan Poqosyan deyib.

"Yaxşı olardı ki, Azərbaycan 2 iyun 2016-cı ildə Xankəndinə gəlsin və onu müstıqilliyi münasibətilə təbrik etsin. Əsgərlər ölməsin, dinc əhali zərər görməsin", — erməni deputat deyib.

Qeyd edək ki, bu gün Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü keçirilir.

Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edirlər.

58
Teqlər:
"Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri", Ermənistan, Rusiya, Azərbaycan
Əlaqədar
"Aprel hadisələri zamanı Sarkisyan Moskvaya yalvardı"
"Bu prosesdə pauza vermək olmaz"
Erməni deputat: "İşğal olunmuş ərazilər geri qaytarılmalıdır"