Politoloq Tofiq Abbasov, Milli Məclisin deputatı Rasim Musabəyov və politoloq İlqar Vəlizadə

"Danışıqlarda 1994-cü ilə qayıtmaq artıq illüziyadır"

82
(Yenilənib 14:19 01.06.2016)
Rasim Musabəyov: "Ermənistan 1994-cü ildəki qarışıqlıqdan istifadə edərək Azərbaycan ərazilərinin böyük hissəsini işğal etdi. Amma indi Azərbaycan o Azərbaycan deyil. Situasiya dəyişib"

BAKI, 1 iyun-Sputnik. "Biz Ermənistanla birlikdə 200 ilə yaxın Rusiyanın tərkibində birgə yaşamışıq. Rusiya bu problemin həllində təkcə vasitəçi deyil, hətta rəhbər rola malikdir".

Bu fikri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə deputat Rasim Musabəyov deyib.

"Ermənistan 1994-cü ildəki qarışıqlıqdan istifadə edərək Azərbaycan ərazilərinin böyük hissəsini işğal etdi. Amma indi Azərbaycan o Azərbaycan deyil. Situasiya dəyişib. Azərbaycanın hərbi gücü, diplomatik gücü, informasiya gücü başqadır. Xosrov Arutyanın dediyi kimi 1994-cü ilə qayıtmaq artıq illüziyadır", — deputat əlavə edib.

Daha sonra R. Musabəyov deyib: "Yaşamaq hüququ məsələsinə gəlincə, niyə 120 min erməninin Qarabağda yaşamaq hüququndan danışılır, amma 1 milyona qədər azərbaycanlının, Ermənistandan didərgin düşmüş 200 min azərbaycanlının öz torpaqlarında yaşamaq hüququndan danışılmır?".

Qeyd edək ki, bu gün Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü keçirilir.

Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edirlər.

82
Teqlər:
Dağlıq Qarabağ, Ermənistan, Rusiya, Azərbaycan, danışıqlar
Əlaqədar
"Aprel hadisələri zamanı Sarkisyan Moskvaya yalvardı"
"Bu prosesdə pauza vermək olmaz"
Erməni deputat: "İşğal olunmuş ərazilər geri qaytarılmalıdır"