Cəbhədə əsgər

Daha 25 dəfə...

15
Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub

BAKI, 1 iyun — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

15
Teqlər:
erməni silahlı bölmələri, Azərbaycan Silahlı Qüvvələri, atəşkəs, təxribat, cəbhə
Əlaqədar
Cəbhədə növbəti düşmən təxribatı
Prezidentlərin görüşünün ardınca Ermənistan təxribat törətdi
Düşmən növbəti dəfə təxribat törədib, yaralımız var
Ermənistan atəşkəsi daha 23 dəfə pozub
Sutka ərzində atəşkəs rejimi 13 dəfə pozulub
Düşmən atəşkəsi pozmaqda davam edir