QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhədə növbəti düşmən təxribatı

© Photo : mod.gov.azAzərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli
Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni hərbçiləri Tərtər, Ağdam, Xocavənd, Füzuli, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar

BAKI, 31 may — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər lenti
0