Cəbhə xəttində monitorinq

Azərbaycandakı diplomatik korpus nümayəndələri cəbhə xəttinə yollanıblar

23
Səfərdə məqsəd vəziyyətlə yerində tanış olmaq və qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir

BAKI, 6 may — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub. Bu barədə Sputnik-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Füzuli rayonunda hərbi texnika
© Sputnik / Murad Orujov

Səfər 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaq məqsədilə təşkil olunub.

Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də, qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.

23
Teqlər:
cəbhə, attaşe, diplomatik korpus, XİN, Xarici İşlər Nazirliyi
Əlaqədar
Qarabağ müharibəsi veteranları cəbhə bölgəsinə yola düşüblər
Cəbhədə növbəti qarşıdurma: ölən və yaralananlar var
Cəbhəyanı kəndlərdə 51 ədəd partlamamış hərbi sursat aşkar edilib
Bakıda NATO nümayəndəsi ilə cəbhədəki son hadisələr müzakirə olunub
Cəbhədə vəziyyət yenidən gərginləşir: şəhidimiz var
Cəbhədə qarşılıqlı 264 mərmi yağdırılıb
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir

Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi davam edir - VİDEO

4
Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

4
Sənədin imzalanması, arxiv şəkli

Prezident medallarla bağlı qanunu təsdiqlədi

8
Dövlət başçısı İlham Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzalayıb.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edilib.

Dəyişikliyə görə, 1.1-ci maddəyə "Azərbaycan Respublikasının ən yüksək təltifi – "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib:

"Zəfər" ordeni;

"Qarabağ" ordeni;";

1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

"Suqovuşanın azad olunmasına görə" medalı;

"Cəbrayılın azad olunmasına görə" medalı;

"Xocavəndin azad olunmasına görə" medalı;

"Füzulinin azad olunmasına görə" medalı;

"Zəngilanın azad olunmasına görə" medalı;

"Qubadlının azad olunmasına görə" medalı;

"Şuşanın azad olunmasına görə" medalı;

"Kəlbəcərin azad olunmasına görə" medalı;

"Ağdamın azad olunmasına görə" medalı;

"Laçının azad olunmasına görə" medalı;

"Vətən müharibəsi iştirakçısı" medalı;

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı.

Sənədlə həm də adları sadalanan medallar haqqında əsaslanmələr və medalların təsviri də təsdiqlənib.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında" qanunu imzalayıb.

Sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiqlənib.

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Министерство труда и социальной защиты населения

Şəhid ailələri qazilərə ödəniləcək müavinətlərlə bağlı açıqlama verildi

5
Talıbov deyib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir.

BAKI, 1 dekabr - Sputnik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar:

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

5