QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni tərəfi 2 hərbçi itirdiyini açıqlayıb

Abunə olmaq
Tərtər rayonunun Talış kəndi istiqamətində 2 hərbçi ölüb. Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.

BAKI, 30 apr — Sputnik. Erməni tərəfi cəbhədə növbəti itkilərə məruz qaldığını açıqlayıb.

Sputnik-in verdiyi məlumata görə, aprelin 29-na keçən gecə işğal altındakı Dağlıq Qarabağın şimalında, Tərtər rayonunun Talış kəndi istiqamətində 2 hərbçi ölüb. Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən erməni tərəfinin təmas xəttində atəşkəsi pozması ilə əlaqədar düşmənin səngərlərinə və atəş nöqtələrinə cavab zərbələri endirilir.  

Xəbər lenti
0