QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhədə növbəti qarşıdurma: ölən və yaralananlar var

© AZƏRTAC Rauf AliyevHərbi əməliyyat
Hərbi əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni silahlı bölmələri cəbhə bölgəsində təxribat törətməkdə davam edir. Yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

BAKI, 28 apr — Sputnik. Aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
QARABAĞ
Cəbhədə vəziyyət yenidən gərginləşir: şəhidimiz var
Sputnik Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini ölüb, daha 7 nəfər isə yaralanıb. Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib. Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.

Yaralananlardan iki nəfərin vəziyyəti ağırdır. Onlar 1966-cı il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur. Bildirilir ki, yaralılardan biri kantuziya zədəsi alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0