Rusiya XİN rəhbəri Sergey Lavrov

Moskva Qarabağ münaqişəsi ilə bağlı ilkin istəyini açıqladı - müddətsiz atəşkəs

600
(Yenilənib 13:05 22.04.2016)
Sergey Lavrov: "Münaqişənin siyasi yolla həlli üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Zorakılıq və insidentlərin baş verməməsi üçün hər şey etmək lazımdır"

BAKI, 22 apr — Sputnik. "Biz və şəxsən Rusiya prezidenti Vladimir Putin zorakılıq hallarının artmasının qarşısının alınması üçün səylər göstərib. İndi əsas məsələ 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs barədə razılaşmasına ciddi şəkildə əməl etmək və atəşkəsin yenidən pozulmasına imkan verməməkdir".

Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ermənistanlı həmkarı Edvard Nalbandyanla bu gün keçirdiyi görüşdə deyib. "Moskva Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 1994-cü və 1995-ci ildə imzalanmış atəşkəs haqqında razılaşmanın ciddi şəkildə əməl edilməsinə tərəfdardır. Həmin sənədlərdə müddətsiz atəşkəs rejiminin möhkəmlənməsi əks olunub", —deyə Lavrov əlavə edib.

Rusiyanın XİN başçısı, ATƏT xətti ilə qeyd olunan etimad tədbirləri və gərginliyin azaldılması barədə qərarların sonadək icra olunmalı olduğunu da vurğulayıb: "Siyasi həll məsələsinə gəldikdə isə əlimizdən gələn hər şeyi etməyə hazırıq. Zorakılıq və insidentlərin baş verməməsi üçün hər şey etmək lazımdır".

600
Teqlər:
atəşkəs, sülh, danışıq, Qarabağ, XİN, Edvard Nalbandyan, Sergey Lavrov, Vladimir Putin
Əlaqədar
Sergey Lavrov: Danışıqlar masasında bir neçə variant qalır
Lavrov: Bütün tərəflər Dağlıq Qarabağda atəşin bərpa olunmaması üçün səylər göstərirlər
Lavrov cəbhədəki gərginlikdən danışdı: "Ankaranı mühakimə etməyəcəyik"
Sergey Lavrov da işə qarışdı
Sergey Lavrovun Azərbaycana səfərinin tarixi dəqiqləşdirilir
Sergey Lavrov: Merkelin Ankaraya dəstək verməsi, Moskvanı şaşırdıb
Moskvada Lavrov və Kerri arasında görüş keçirilir

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16

Azad edilmiş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin yeni VİDEOgörüntüsü

25
Üçtərfəli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad olunub.

BAKI, 25 noyabr - Sputnik. Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb.

Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

25