Pakistan nüvə raketi

"Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə şübhəniz olmasın"

156
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə hər cür dəstək verməyə hazırıq.

BAKI, 19 aprel-Sputnik. "Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə heç kimin şübhəsi olmasın".

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Rusiya paytaxtında keçirilən Avrasiya ölkələri parlament spikerlərinin birinci toplantısında iştirak edən Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq bildirib. O, Pakistanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyib:

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə hər cür dəstək verməyə hazırıq. Pakistan ordusunun canlı qüvvələri başqa ölkələrin ərazisində hərbi əməliyyatlara qatılmır. Lakin hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə dəstəyini də əsirgəmir".

156
Teqlər:
Pakistan Milli Assambleyası, Azərbaycan, Pakistan, Qarabağ, Sərdar Ayaz Sadiq, Pakistan

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

4
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

4
Dağıdılmış Füzuli şəhərinə mənzərə

Türk Şurası da azad olunmuş ərazilərin bərpasında iştirak etmək niyyətindədir

5
Milli Məclisin Sədri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sədr qeyd edib ki, bu təşkilatlar xalqlarımız arasında əlaqələrin daha da dərinləşməsinə layiqli töhfələr verir.

Türkdilli dövlətlər arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə yaradılmış Türk Şurası qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində məqsədyönlü və uğurlu addımlar atır.

Bildirilib ki, bu gün ölkələrimizin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşıb. Dövlət başçılarımızın siyasi iradəsi, ortaq köklərimizə sərgilədikləri hörmət və qayğı yüksək təqdirəlayiq olmaqla yanaşı, hər kəs üçün örnək təşkil edir.

Nümayəndə heyəti üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlərini yüksək qiymətləndirən Spiker müzəffər ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə etdiyi uğuru böyük tarixi hadisə kimi dəyərləndirib. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan Ordusu öz Zəfəri ilə münaqişənin həllinə dair bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan hüquqi sənədlərin, o cümlədən, BMT-nin müvafiq qətnamələrinin icrasını həyata keçirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Sahibə Qafarova Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyə görə Türk Şurasının Baş katibinə təşəkkür edib.

Bildirilib ki, bu qurum təkcə türk dövlətlərini bir araya gətirməklə kifayətlənmir, həmçinin digər dövlətlər və regionlar arasında da körpü rolunu oynamağı hədəfləyir. Milli Məclis qanunverici orqan olaraq, bundan sonra da Şura çərçivəsində inteqrasiya proseslərinin daha da dərinləşməsinə dəstək verəcək. Çünki bu təşkilat öz fəaliyyətində ortaq tarix, dil, kimlik və mədəniyyət kimi dəyərlərə əsaslanır.

Spiker ötən ilin aprelində Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş Şuranın fövqəladə iclasını xatırlayaraq, qurumun koronavirusa qarşı mübarizə işinə də töhfə verdiyini söyləyib.

Sədr milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində Türk Şurası ilə birlikdə TÜRKPA, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumların fəaliyyətindən danışaraq, bildirib ki, bu təşkilatlar ölkələrimiz arasında iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan əməkdaşlığın dərinləşməsində yaxından iştirak edir.

Görüşdə səmimi qəbul üçün nümayəndə heyəti adından minnətdarlığını bildirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə münasibəti ilə Milli Məclisin Sədrini və xalqımızı təbrik edib. Bu uğuru bütün Türk dünyasını birləşdirən Zəfər kimi dəyərləndirib.

Qonaq ölkəmizə səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Ağdam və Fizuli bölgələrində erməni işğalçıları tərəfindən törədilmiş vandalizmin şahidi olduqlarını söyləyib. O, işğaldan azad olunmuş ərazilərin bərpasında Türk Şurasının da iştirak etmək niyyətində olduğunu bildirib.

Qonaq təmsil etdiyi təşkilatın bundan sonra da türkdilli xalqlar naminə beynəlxalq müstəvidə fəaliyyətini daha da genişləndirəcəyini deyib. Vurğulanıb ki, bu gün 10-dan çox dövlət Türk Şurası ilə daha yaxından əməkdaşlıq etmək niyyətindədir.

Görüşdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva çıxış edərək təmsil etdikləri təşkilatlarda görülən işlər və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, ölkəmizlə əməkdaşlığın daha genişləndirilməsi istiqamətində gələcək planları barədə fikirlərini bölüşüblər.

Görüşdə həmçinin Türk dünyasını təmsil edən təşkilatlarla əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

5
Hövsanda çirkli ərazi

Xəzərə tullantıların atılması azalıb

0
"ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

BAKI, 19 yanvar — Sputnik. Xəzər dənizinə tullantı sularının axıdılması halları xeyli azalıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə "Ekspert saatı" proqramında bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində həm Xəzərə axıdılan tullantı sularının həcmi, həm də axarların sayı azalıb: "Lakin təkcə Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kub metr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür".

O qeyd edib ki, Bakı şəhərində tullantıların idarəedilməsi ilə bağlı əksər problemlər həll edilib. Belə ki, regionlarda bu problem hələ qalmaqda davam edir. O, bu problemin həlli üçün strategiya təsdiqləndiyini də nəzərə çatdırıb: "ETSN sadəcə tullantıların idarəedilməsinə nəzarət edir, amma bələdiyyələr həmin tullantıların yığılmasını və atılmasını təmin etməlidirlər".

0