"İlk dəfə Azərbaycan birtərəfli atəşkəs elan etdi"

22
Oqtay Əsədov: "Azərbaycan həmişə sülh yolu ilə həllin tərəfdarı olub. Ancaq Azərbaycan dövləti, onun əsgərləri göstərdi ki, biz bu məsələni hər cür həll etmək iqtidarındayıq"

BAKI, 15 apr — Sputnik. "Biz müharibə aparmamışıq, biz Ermənistan tərəfindən törədilən təxribata cavab vermişik. Əgər Azərbaycan müharibə aparsaydı, bir həftə sonra müharibə hara gedib çıxacaqdı, hamı onu yaxşı bilir".

Sputnik xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu günkü plenar iclasında deyib. O bildirib ki, ilk dəfə Azərbaycan birtərəfli atəşkəs elan etdi.

"Azərbaycan həmişə sülh yolu ilə həllin tərəfdarı olub. Ancaq Azərbaycan dövləti, onun əsgərləri göstərdi ki, biz bu məsələni hər cür həll etmək iqtidarındayıq və bu da həmin o 5 günlük toqquşma zamanı özünü göstərdi", —deyə spiker bildirib.

Onun sözlərinə görə, bu məsələ Ermənistanı sülhə məcbur etmək üçün ən vacib məsələlərdən biri olub: "İndi danışıqlar gedir. Güman etmək istəyirik ki, bu məsələ bu yol ilə öz həllini tapacaq",-deyə Oqtay Əsədov deyib".

22
Teqlər:
Oqtay Əsədov, Milli Məclisin sədri, atəşkəs, sülh, müharibə
Əlaqədar
"Yetər ki, Ermənistanla Azərbaycan hərbi meydanda təkbaşına qalsın"
"Bəzi KİV-lər barəsində tədbir görülməlidir"
Sonuncu Sovet İttifaqı Qəhrəmanının böyük şücaəti - bu gün
Bakı Yerevanın istəyini qəbul etmir: "Ermənistanla heç bir layihədə iştirak etmirik"
Azərbaycan ordusu Ermənistanın mövqelərinə 118 cavab zərbəsi endirib

Şəhid anası hər dəfə oğlunun məzarına bir qızılgül gətirən naməlum qızı axtarır - video

37
(Yenilənib 15:15 19.01.2021)
44 günlük Vətən müharibəsində pay sahibi olanlardan bir də 25 yaşlı Mingəçevir şəhər sakini Ruslan Cəfərlidir. Ətraflı videomuzda izləyin.

Ruslan Cəfərli Tərtər rayonunun Suqovuşan, Talış kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 13 oktyabrda isə komandiri ilə birgə şəhid olub və Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib.

Doğmaları sosial şəbəkələrdə bir xanımın onun ölümünə üzülərək yazdığı “Sənə qurban olum, Ruslan, sən nə tez qara torpağa getdin?!” statusuna rast gəliblər. Bir müddət sonra isə onun məzarını ziyarətə gedəndə orada tək qızılgül görüblər. Şəhidin anası Tahirə Nağıyeva həmin gülün kim tərəfindən qoyulduğunu bilmir. Ana həmin xanımı görmək, onunla söhbətləşib bir az təsəlli tapmağı arzulayır.

Bir bacının yeganə qardaşı olan Ruslan Cəfərli ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

37
Şuşa, arxiv şəkli

Şuşanın göz yaşları: 28 il sonra şəhidləri yad edir

13
(Yenilənib 15:07 20.01.2021)
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

13
Teqlər:
20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar", Şuşa
 Rusiyada epdimioloji vəziyyət, arxiv şəkli

Rusiyada bir gündə çox sayda adam koronavirusdan öldü

3
(Yenilənib 15:43 20.01.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 20 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21152 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 597 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3633952-yə çatıb. Rusiyada pandemiya yayılandan 67220 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3027316-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96,1 milyonu keçib, 2,05 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19