Министерство обороны Азербайджанской Республики

Cəbhədə vəziyyət yenidən gərginləşir: şəhidimiz var

605
(Yenilənib 15:33 14.04.2016)
Azərbaycan Müdafiə Nazirliyi: "Məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaq"

BAKI, 14 apr — Sputnik. Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir. Sputnik bu barədə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

"Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub", —deyə MN-in açıqlamasında bildirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir: "Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaqdır".

605
Teqlər:
gərginlik, şəhid, döyüş, cəbhə, silah, əsgər, erməni
Əlaqədar
Cəbhədə qarşılıqlı 264 mərmi yağdırılıb
Cəbhədə minaatanlar və iriçaplı pulemyotlar yenidən işə düşdü
Cəbhədə silahlar susmur
Hərbi texnikalarımız cəbhə bölgələrindən geri çəkilir
Əcnəbi jurnalistlər Azərbaycanın cəbhə bölgəsinə yolandılar
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
Azərbaycan və İran XİN başçıları cəbhədəki son hadisələri müzakirə ediblər