Министр иностранных дел РФ Сергей Лавров

Sergey Lavrov: Danışıqlar masasında bir neçə variant qalır

167
Rusiya XİN-in başçısı: Hazırda əsas vəzifə yenidən zorakılığın baş verməsinə imkan verməməkdir.

BAKI, 7 aprel-Sputnik. "3-4 il öncə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşlərində səslənən birgə bəyanatlarda göstərilən ideyalara qayıtmaq olduqca vacibdir".

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda verdiyi müsahibədə deyib.

Bununla bağlı Azərbaycan prezidenti ilə müzakirələrin aparıldığını deyən diplomat siyasi nizamlanma detalları ilə yanaşı təmas xəttində etimad tədbirlərinin nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, söhbət əsnasında əsirlərin dəyişdirilməsi, təmas xəttindən snayperlərin geri çəkilməsi kimi məsələlərə toxunulub.

Onun sözlərinə görə, hazırda əsas vəzifə yenidən zorakılığın baş verməsinə imkan verməməkdir.

ATƏT Minsk qrupu həmsədrlərinin konkret addımları nəzərdə tutan sənəd üzərində iş apardıqlarını xatırladan S. Lavrov mövcud durumun münaqişənin nizamlanmasında iştirak edən tərəfləri tezliklə bu tədbirləri həyata keçirməyə vadar edəcəyinə inandığını bildirib.

Rusiyalı nazir məsələni ötən gün Azərbaycan prezidenti ilə görüşdə müzakirə etdiyini və İlham Əliyevin bu yanaşmanı dəstəklədiyini deyib. Bu tədbirlərin "status-kvo"nu əbədiləşdirmək məqsədi daşımadığını deyən nazir qeyd edib ki, əsas məqsəd Rusiyanın həmsədrlərin səylərindən əlavə öz təşəbbüslərini irəli sürdüyü siyasi proses üçün daha əlverişli mühiti yaratmaqdır.

Müxtəlif vaxtlarda Vladimir Putin və Dmitri Medvedevin vəziyyəti dalandan çıxarmağa imkan verən ideyalar irəli sürdüyünü deyən S. Lavrov bu ideyaların əsasında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə yanaşı ətraf rayonların azad edilməsinin dayandığını bildirib. "Detallara varmayacağam, amma danışıqlar masası üzərində bir neçə variant qalmaqdadır. Səylərimizi davam etdirəcəyik", — deyə o vurğulayıb.

167
Teqlər:
Dmitri Medvedev, Vladimir Putin, Rusiya, Ermənistan, Azərbaycan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Sergey Lavrov

İdman zalı sağlam qidalanma: rus sülhməramlıları Qarabağda necə yaşayır

15
(Yenilənib 10:26 15.01.2021)
Rus hərbçiləri Dağlıq Qarabağda üç blok-modul tipli şəhərcik inşa edib. Orada təhlükəsizliyi təmin etmək və atəşkəs rejiminə nəzarət məqsədi ilə təxminən 400 sülhməramlı yerləşdirilib.

Videodakı kadrlardan da göründüyü kimi yaradılmış infrastruktur hərbçilərə özlərini evlərindəki kimi hiss etməyə imkan verir. Hər belə obyekt avtonom olmaqla yanaşı, istənilən təbii şərait üçün uyğundur.

Modul tipli şəhərcik fasiləsiz elektrik, su və istilik təchizatı ilə təmin olunub. Hərbi şəhərciklərin ərazisində idman zalı, hamam, yeməkxana, istirahət otağı və tibb məntəqəsi də var. Yaşayış hissəsi bütün lazımi mebel və məişət texnikası ilə təchiz edilib.

Yaxın gələcəkdə daha beş belə obyektin inşası planlaşdırılır ki, orada da təxminən 540 hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.

15

Ağdam rayonunun Şelli kəndi - VİDEO

6
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

6
Teqlər:
video, kənd, Ağdam
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

0
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

0