Paris, France

Fransa Senatından bəyanat: Ermənistan Azərbaycanın 7 rayonundan çıxmalıdır

1735
Fransalı senator, Müluz Aqlomerasiyasının prezidenti Jan Mari Bokel aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfindən həyata keçirilmiş hərbi təxribatı pisləyən bəyanat yayıb.

BAKI, 7 aprel-Sputnik. Fransalı senator, Müluz Aqlomerasiyasının prezidenti Jan Mari Bokel aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfindən həyata keçirilmiş hərbi təxribatı pisləyən bəyanat yayıb.

Sputnik APA-ya istinadla xəbər verir ki, Bokel bu təxribat nəticəsində azərbaycanlı əsgərlərin və mülki vətəndaşların həlak olması ilə bağlı kədərləndiyini bildirib.

Senator Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğalı və yeni insan itkiləri ilə əlaqədar başsağlığı ifadə edib:

"Münaqişənin sülh yolu ilə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməməsinə ATƏT-in Minsk Qrupu həmsədrlərinin kifayət qədər diqqət yetirməməsi, bu səbəbdən də qəbuledilməz status-kvonun uzun illər qalması və bunların nəticəsində bu gün faciəvi qarşıdurmanın baş tutması çox kədər doğurur. Ermənistan beynəlxalq hüquqa, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrasına hörmətlə yanaşmalıdır. Ermənistan hərbi qüvvələri Azərbaycanın qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonundan sülh yolu ilə çıxarılmalıdır".

1735
Teqlər:
Jan Mari Bokel, Müluz Aqlomerasiyasının prezidenti Jan Mari Bokel, ATƏT, Dağlıq Qarabağ, Ermənistan, ATƏT-in Minsk qrupu, Azərbaycan