QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Uğurunda canlar fəda edilən torpaq daha bir oğlunu qoynuna aldı

© Sputnik / Rahim MuradovŞəhid Əlizaman İslamov
Şəhid Əlizaman İslamov - Sputnik Azərbaycan
Abunə olmaq
Altı ay Vətənin keşiyində dayanan Əlizamin İslamov son mənzilə izdihamla, üçrəngli bayraqların müşayəti ilə yola salınıb. Dəfndə şəhidin şərəfinə havaya 3 dəfə yayılım atəşi açılıb və ruhuna dualar oxunub.

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 7 apr — Sputnik. Azərbaycan daha bir şəhid övladını torpağa tapşırdı. Düşmən təxribatının qarşısını alarkən həyatını itirmiş daha bir cəsur azərbaycanlı son mənzilə yola salındı. Uğuruna canlar fəda edilən bu torpaq daha bir oğlunu qoynuna aldı.

1997-ci ildə Lənkəran rayonunun Cil kəndində doğulan İslamov Əlizaman Fərrux oğlu ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdı. Evin tək oğludur. Atası haqqın rəhmətinə qovuşan Əlizamin 6 ay idi Vətənin keşiyində dayanırdı və bu Vətən onu son mənzilə şəhid adına layiq şəkildə yola saldı.

© Sputnik / Rahim MuradovŞəhid Əlizaman İslamov.
Şəhid Əlizaman İslamov - Sputnik Azərbaycan
1/5
Şəhid Əlizaman İslamov.
© Sputnik / Rahim MuradovAzərbaycan daha bir şəhid övladını torpağa tapşırdı.
Azərbaycan daha bir şəhid övladını torpağa tapşırdı - Sputnik Azərbaycan
2/5
Azərbaycan daha bir şəhid övladını torpağa tapşırdı.
© Sputnik / Rahim MuradovLənkəran rayonunun Cil kəndində doğulan İslamov Əlizaman Fərrux oğlu ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdı.
Lənkəran rayonunun Cil kəndində doğulan İslamov Əlizaman Fərrux oğlu ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdı - Sputnik Azərbaycan
3/5
Lənkəran rayonunun Cil kəndində doğulan İslamov Əlizaman Fərrux oğlu ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdı.
© Sputnik / Rahim MuradovŞəhidin nəşini rayon sakinləri əllərində Azərbaycan bayraqları və böyük izdihamla qarşılayıblar.
Şəhidin nəşini rayon sakinləri əllərində Azərbaycan bayraqları və böyük izdihamla qarşılayıblar - Sputnik Azərbaycan
4/5
Şəhidin nəşini rayon sakinləri əllərində Azərbaycan bayraqları və böyük izdihamla qarşılayıblar.
© Sputnik / Rahim MuradovDəfn mərasimində rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları, doğmaları və rayon sakinləri iştirak edirdilər.
Dəfn mərasimində rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları, doğmaları və rayon sakinləri iştirak edirdilər - Sputnik Azərbaycan
5/5
Dəfn mərasimində rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları, doğmaları və rayon sakinləri iştirak edirdilər.
1/5
Şəhid Əlizaman İslamov.
2/5
Azərbaycan daha bir şəhid övladını torpağa tapşırdı.
3/5
Lənkəran rayonunun Cil kəndində doğulan İslamov Əlizaman Fərrux oğlu ötən ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılmışdı.
4/5
Şəhidin nəşini rayon sakinləri əllərində Azərbaycan bayraqları və böyük izdihamla qarşılayıblar.
5/5
Dəfn mərasimində rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları, doğmaları və rayon sakinləri iştirak edirdilər.

Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan Əlizamin İslamovun nəşini rayon sakinləri əllərində Azərbaycan bayraqları və böyük izdihamla qarşılayıblar. Dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları, doğmaları və rayon sakinləri iştirak edirdilər.

Dəfndə şəhidin şərəfinə havaya 3 dəfə yayılım atəşi açılıb və ruhuna dualar oxunub. Allah rəhmət eləsin!

Xəbər lenti
0