Vaqif Dərgahlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik

"Erməniləri hələ çox "sürprizlər" gözləyəcək"

141
(Yenilənib 10:46 07.04.2016)
Vaqif Dərgahlı: "Biz düşmənin istənilən təxribatına layiqli cavab verməklə bu haqq işində onu məhv edib torpaqlarımızı işğaldan azad etməklə qələbə çalacağıq"

BAKI, 7 aprel — Sputnik. "Ermənistan prezidenti Serj Sarkisyan, eləcə də bu dövlətin yüksək çinli hərbi rütbəliləri və müxtəlif ekspertlərinin son döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüvvəsini, əsgərinin rəşadətini etiraf etməsi həqiqətən düşmənin nə qədər qorxu və vahimə içində olmasını bir daha göstərdi və sübut etdi".

Sputnik-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın gücü barədə fikirlərinə münasibət bildirərkən deyib. "Ordumuz həqiqətən bu gün ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin və dövlətimizin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunub. Silahlı Qüvvələrimiz ən müasir silah-sursat, döyüş texnikası, elmin ən son nailiyyətləri ilə hazırlanmış yüksək dəqiqlikli döyüş sursatları, düşmənlə birbaşa kontaktda olmadan onu uzaq məsafədən məhv etməyə qadir olan digər hərbi vasitələrlə təchiz edilib", —deyə MN sözçüsü bildirib.

O, əlavə edib ki, Silahlı Qüvvələrimiz son döyüşlərdə düşmənə qarşı tətbiq etdiyi vasitələr hələ hərbi potensialımızda olanların yalnız cüzi bir hissəsidir: "Əgər erməni tərəfi bizə qarşı təxribatları yenə də davam etdirərsə və işğal etdiyi əraziləri tərk etməzsə, onları hələ çox "sürprizlər" gözləyəcək".

V. Dərgahlının sözlərinə görə, ordumuzun silahlanmasında olan döyüş texnikası, silah və sursatlar imkan verir ki, düşmənə qarşı daha dəqiq, dağıdıcı gücə malik vasitələrlə onu sülhə məcbur edərək torpaqlarımızın azad edilməsini təmin edək: "Silahlı Qüvvələrimizin, o cümlədən xalqımızın döyüş ruhu, qələbə əzmi yüksək səviyyədədir və biz düşmənin istənilən təxribatına layiqli cavab verməklə bu haqq işində onu məhv edib torpaqlarımızı işğaldan azad etməklə qələbə çalacağıq!".

141
Teqlər:
Vaqif Dərgahlı, Ermənistan, Azərbaycan, cəbhə, erməni
Əlaqədar
Angela Merkel Dağlıq Qarabağa görə məsuliyyət daşıdığını bildirib
Amerika azərbaycanlılarından Obamaya məktub: "Bu, böyük təhdiddir"
Qazaxda aksiya: "Ali Baş Komandanın əmrini gözləyirik"
Hərbi texnikalarımız cəbhə bölgələrindən geri çəkilir
Onları doğulan gündən müharibə təqib edir...