Şəhidin dəfn mərasimi

Həlak olan hərbi qulluqçularımızın adları

4620
(Yenilənib 22:27 05.04.2016)
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial şəbəkələr üzərindən apardığı araşdırmalara əsasən, aprelin 1-4-də cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 29 hərbi qulluqçusu həlak olub, həmçinin 9 yaralının adı bəllidir.

BAKI, 5 apr — Sputnik. Siyahını Sputnik-ə təsdiq edən Müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı həlak olanların əslində 31 nəfər olduğunu, 2 nəfər barədə əlavə məlumat veriləcəyini bildirib.

Həlak olanlardan 14-ü əsgər, 6-sı Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 1-i gizir, 8 nəfəri isə zabitdir.

Onlar aşağıdakılardır:

Həlak olanlar:

Baş leytenant Bəkir İsmayılov
© Foto : Social networks
Baş leytenant Bəkir İsmayılov

1. Baş leytenant Bəkir İsmayılov, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.

Mayor Urfan Vəlizadə
© Foto : Social networks
Mayor Urfan Vəlizadə

2. Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.

Mayor Təbriz Musazadə
© Sputnik / Social networks
Mayor Təbriz Musazadə

3. Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü.

Əsgər Rəvan Nurayev
© Foto : Social networks
Əsgər Rəvan Nurayev

4. Əsgər Rəvan İsmayıl oğlu Nurayev. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

MAHXQ Ruhin Qəhrəmanov
© Foto : Social networks
MAHXQ Ruhin Qəhrəmanov

5. MAHXQ Ruhin Qəhrəmanov. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb.

Əsgər Samir Kaçayev
© Foto : Social networks
Əsgər Samir Kaçayev

6. Əsgər Samir İzayəddin oğlu Kaçayev, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.

Əsgər Sarvan Mehrəliyev
© Foto : Social networks
Əsgər Sarvan Mehrəliyev

7. Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.

Əsgər Orxan Əliyev
© Foto : Social networks
Əsgər Orxan Əliyev

8. Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.

Mayor Elnur Əliyev
© Foto : Social networks
Mayor Elnur Əliyev

9. Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.

MAHXQ Nicat İsgəndərov
© Foto : Social networks
MAHXQ Nicat İsgəndərov

10. MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) Nicat İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.

Gizir Elmdar Səfərov
© Foto : Social networks
Gizir Elmdar Səfərov

11. Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.

Baş leytenant Namazov Elvin
© Foto : Social networks
Baş leytenant Namazov Elvin

12. Baş leytenant Namazov Elvin Məmməd oğlu. Qazax rayonu Yuxarı Salahlı kəndində doğulub.

Əsgər Ravil Novruzov
© Foto : Social networks
Əsgər Ravil Novruzov

13. Əsgər Novruzov Ravil Elman oğlu. Tərtər istiqamətində şəhid olub. 1986-cı ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olub.

Əsgər Rizvan Muradov
© Foto : Social networks
Əsgər Rizvan Muradov

14. Əsgər Muradov Rizvan Telman oğlu. Sabirabad rayonu, Çiçəkli kəndində anadan olub. 1996-cı il təvəllüdlü.

Zabit Orxan Həmidov
© Foto : Social networks
Zabit Orxan Həmidov

15. Zabit Həmidov Orxan Ənvər oğlu. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılıb.

MAHXQ Dilsuz Qarayev
© Foto : Social networks
MAHXQ Dilsuz Qarayev

16. MAHXQ Qarayev Dilsuz. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı. Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.

Əsgər Fərahim Novruzov
© Foto : Social networks
Əsgər Fərahim Novruzov

17. Əsgər Novruzov Fərahim Nadir oğlu (20 yaş). Biləsuvar rayonu, Səmədabad kəndindən. Aprelin 3-dən 4-nə keçən gecə Füzulidə gedən döyüşlərdə şəhid olub.

Əsgər Sərxan Bağırov
© Foto : Social networks
Əsgər Sərxan Bağırov

18. Əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə cəbhədə şiddətli döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub.

Əsgər Nürəddin Mirzəyev
© Foto : Social networks
Əsgər Nürəddin Mirzəyev

19. Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlü. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.

Mayor Rasim Məmmədov
© Foto : Social networks
Mayor Rasim Məmmədov

20. Mayor Məmmədov Rasim Əbdül oğlu. Tankçı. Cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur.

21. Polkovnik Orucov Raqub Cahangir oğlu. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 1968-ci il təvəllüdlü.

MAHXQ Əlvan Hüseynov
© Foto : Social networks
MAHXQ Əlvan Hüseynov

22. MAHXQ Əlvan Hüseynov. Füzuli rayonundan hərbi xidmətə çağırılıb. Aprelin 3-də cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.

Əsgər Sərxan Bayramov
© Foto : Social networks
Əsgər Sərxan Bayramov

23. Əsgər Bayramov Sərxan Oqtay oğlu. Zaqatala rayonu, Qala Düzü sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

Əsgər Müşfiq Orucov
© Foto : Social networks
Əsgər Müşfiq Orucov

24. Əsgər Orucov Müşfiq Arif oğlu. Zəngilan rayon sakini. Naftalandan hərbi xidmətə çağırılmış M.Orucov aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Əsgər Orxan Dəmirov
© Foto : Social networks
Əsgər Orxan Dəmirov

25. Əsgər Dəmirov Orxan Zeynal oğlu. Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. Tankçı.

MAHXQ Orxan Hümmətov
© Foto : Social networks
MAHXQ Orxan Hümmətov

26. MAHXQ Hümmətov Orxan, Şəki rayonu Kiş kəndindən.

Əsgər Teymur Qasımov
© Foto : Social networks
Əsgər Teymur Qasımov

27. Əsgər Qasımov Teymur Mikayıl oğlu, 1997-ci il təvəllüdlü. Göyçay rayon, Çaxırlı kənd sakini. Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Əsgər Orxan Müstəcəbov
© Foto : Social networks
Əsgər Orxan Müstəcəbov

28. Əsgər Müstəcəbov Orxan. Qobustan rayonu, Bədəlli kənd sakini.

MAHXQ Elvin Qaibov
© Foto : Social networks
MAHXQ Elvin Qaibov

29. MAHXQ Qaibov Elvin Sədrəddin oğlu. 27 yaş. Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Xaşmaz rayonunun Əbilyataq kəndində anadan olub.

Yaralananlar:

1. Əsgər Orxan Cavadov, Tərtərdə erməni tərəfinin gülləsi nəticəsində yaralanıb.

2. Baş leytenant Azər Məmmədov, Tərtərdə erməni tərəfinin gülləsi nəticəsində yaralanıb.

3. Əsgər Qəhrəman Qəhrəmanov çox saylı qəlpə yaraları alıb.

4. Əsgər Allahverdiyev Pərvin Vahid oğlu. Erməni gülləsinə tuş gələn əsgər hal-hazırda hərbi hospitaldadır. Vəziyyəti ağırdır.

5. Üzeyir adlı əsgər. Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb.

6. Aydın adlı əsgər. Salyan rayonu Qaraqaşlı kəndindən.

7. Əsgər Quliyev Mansur. Seysulan kəndi uğrunda döyüşlərdə güllə yarası alıb. Masallı rayonundan hərbi xidmətə çağırılıb. Memarlıq ve İnşaat universitetinin məzunudur.

8. MAHXQ Qardaşxan Adıgözəlov. Goranboydan hərbi xidmətə çağırılıb.

9. Əsgər Məmmədov Elçin Ataxan oğlu. 19 yaşlı. Tərtər istiqamətində düşmənlə döyüş zamanı sağ qolundan qəlpə yarası alıb.

Qeyd: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti siyahının etibarlılığını təsdiq etdi və əlavə etdi ki, 2 şəhidin adını daha sonra Müdafiə Nazirliyi əlavə olaraq məlumat verəcək.

4620