Smerç reaktiv yaylım atəş sistemi. Arxiv şəkli

Ermənilərdən növbəti təxribat: əslində bu dəhşətli silah kimə məxsusdur?

1577
(Yenilənib 20:49 05.04.2016)
Azərbaycan ordusunun istifadə etdiyi iddia olunan "Smerç" raket kompleksinin, əslində Ukraynaya məxsus olduğu üzə çıxıb. Həm də fakt ermənilərin özləri tərəfindən aşkar olunub.

Bakı, 5 aprel — Sputnik. Bir neçə saat əvvəl Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan öz Facebook səhifəsində "Smerç" sisteminin partlamamış mərmisinin şəklini yayıb. Ovannisyan bildirib ki, Azərbaycan bu qorxunc silahdan artıq istifadə edir və bu şəkil də bunun sübutudur.

Bir müddət sonra Artak Paytyan adlı erməni də bu şəkli öz Facebook səhifəsində dərc edərək yazıb: "Azərbaycanın hərbi texnikası qəza vəziyyətindədir, mərmilərin çoxu partlamır, bəzi pilotsuz təyyarələr hədəfə çatmadan düşürlər".

Снимок экрана страницы пользователя Artak Paytyan
© Sputnik /
Снимок экрана страницы пользователя Artak Paytyan

Lakin bu erməni yalanının üstü gözlənilməz istiqamətdən açılıb. Facebook istifadəçisi Saqo Yeghiazaryan Paytyanın paylaşmasının altında qoyduğu şərhlə onu və Ovannisyanı ifşa edib.

Məlum olub ki, bu "Smerç" mərmisi heç də Azərbaycan tərəfindən atılmayıb.

Şəkil Rusiyanın "Krestyanin" internet portalından götürülüb. Bir il əvvəl dərc olunmuş bu şəkildəki "Smerç" Rostov vilayətində Tarasov rayonunda fermerin həyətinə düşübmüş və onu Ukrayna tərəfi atıbmış.

Сайт www.krestianin.ru. Снимок экрана
© Sputnik /
Сайт www.krestianin.ru. Снимок экрана

Beləliklə, Ovannisyanın yalanı ifşa olunub. Bu adam deyəsən internetin mövcudluğunu və imkanlarını unudub. 90-cı illərin əvvəllərində belə yalanları sırımaq olurdu. İndi isə keçmir. Yalanlarını elə öz erməniləri ifşa edirlər.

1577