Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdamdakı “N” saylı hərbi hissədə. Arxiv şəkli

Cəbhədə hərbi əməliyyatlar dayandırıldı

248
(Yenilənib 15:40 05.04.2016)
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb

Bakı, 5 aprel — Sputnik. Aprelin 5-i saat 12.00-dan etibarən Azərbaycan — Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə hərbi əməliyyatlar dayandırılıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Qeyd edək ki, aprelin 1-dən 2-nə küçən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində atəşkəsi pozması və mülki əhalinin yaşadığı məntəqələri ağır artilleriya və raket qurğularından atəşə tutması nəticəsində münaqişə bölgəsində vəziyyət gərginləşib.

Aprelin 3-də cəbhə bölgəsindəki vəziyyətlə bağlı yaydığı press-relizdə Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığıni bildirib. Buna baxmayaraq, Ermənistan tərəfi təmas xəttində atəşkəs rejimini pozmaqda davam edib və Azərbaycan tərəfi də əks-həmlə əməliyyatını və cavab tədbirlərini həyata keçirib.

248