QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi "Smerç"dən istifadə məsələsinə aydınlıq gətirdi

© Sputnik / İgor Russak / Mediabanka keçid"Smerç" reaktiv yaylım atəş sistemi. Arxiv şəkli
Smerç reaktiv yaylım atəş sistemi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 5 apr — Sputnik. "Biz hələ ki, o tip silahdan istifadə etməmişik. Təkrar edirəm ki, hələlik istifadə etməmişik, çünki buna ehtiyac olmayıb. Bu o demək deyil ki, istifadə etməyəcəyik. Əgər zərurət olsa, istifadə ediləcək. Bizim o növdən olan üstün silahlarımız var".

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Sputnik-ə verdiyi açıqlamada, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyanın Azərbaycanın bazar ertəsindən çərşənbə axşamına keçən gecə müharibə zonasında "Smerç" zenit-raket kompleksindən istifadə etdiyi barədə açıqlamasını şərh edərkən deyib.

O qeyd edib ki, Artsrun Ovannisyanın Azərbaycanın "Smerç" zenit-raket kompleksindən istifadə etdiyi barədə yaydığı məlumat yalandır. Döyüşün getdiyi arealın kiçik olması səbəbindən "Smerç"dən istifadə imkanlarının nə qədər olduğuna gəlincə, Dərgahlı deyib ki, istifadə imkanları var.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan öz facebook səhifəsində yazıb ki, Azərbaycanın bazar ertəsindən çərşənbə axşamına keçən gecə (bu gecə) müharibə zonasında "Smerç" zenit-raket kompleksindən istifadə edib.

Ovannisyan yazıb: "Günü-gündən istifadə olunan silahın çapını artıran düşmən 5 aprelə keçən gecə cənub istiqamətində ön xətdə uzağı vuran "Smerç" reaktiv sistemindən istifadə edib".

Wikipedia məlumatlarına görə, 9K58 "Smerç" (BM-30) — Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silahhazırlama zavodunda yaradılıb. 1987-ci ildə SSRİ silahlı qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilib. Smertç qısa məsafəli raket sistemi olan FROG-7-ni əvəz edib.

Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımdr. Tərkibində dörd Smerç sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir. Onun maksimal atış məsafəsindən (90 km, optimal 70 km) atəş zamanı verilmiş nişandan meyillənməsi 150 m həddindədir.

Smerç sistemi aşağıdakı raketlərdən istifadə edir:
• 9M55F çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Uçuş məsafəsi 70 km.

Şəhid Sərxan Bağırovun dəfn mərasimi - Sputnik Azərbaycan
HADİSƏ
Şəhidimiz torpağa tapşırıldı

• 9M27K 75 ədəd 9N210 parçalanan bombalardan ibarətdir. Uçuş məsafəsi 70 km.
• 9M27K1 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Uçuş məsafəsi 70 km.
• 9M27K4 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir.Uçuş məsafəsi 70 km.
• 9M55K5 646 ədəd parcalanan və tankəleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir.Uçuş məsafəsi 70 km.
• 9M55S çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Uçuş məsafəsi 70 km.
1990-cı illərin əvvəlində təkmilləşdirilmiş 9A52M Smerç-M sistemi yaradılır. Bu sistem beş oxlu Tatra-816 modelli yük avtomobilin üzərində quraşdırılır. Yeni sistemdə avtomatik atəşaçma texnikası və rabitə aparatları əlavə edilir. Həmçinin təkmilləşdirilmiş raket sistemi də inkişaf etdirlir. Yeni sistemin zərbə dairəsi artıq 90 km məsafəni əhatə eidir və onun bu məsafədə vurma xətası 170 m həddində idi. 9A52M Smerç-M-də aşağıdakı raketlərdən istifadə edilir:
• 9M528 çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Uçuş məsafəsi 90 km.
• 9M525 75 ədəd 9N210 parçalanan bobmalardan ibarətdir. Uçuş məsafəsi 90 km.
Cəbhə bölgəsindən son xəbər - Sputnik Azərbaycan
VİDEO
Cəbhə bölgəsindən son xəbər: 16 şəhidimiz var, ermənilərin 70 əsgəri məhv edilib

• 9M526 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Uçuş məsafəsi 90 km.
• 9M527 25 ədəd tank əleyhinə maqnit alışqanlı qrantlardan (PTM tipli) ibarətdir. Uçuş məsafəsi 90 km.
• 9M529 çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Uçuş məsafəsi 90 km.
• 9M530 75 kq partlayıcı maddəyə malik deşici mərmi başlıqlığından ibarətdir (Bunkerlərdə mübarizə aparmaq üçün). Uçuş məsafəsi 90 km.
• 9M531 646 ədəd parcalanan və tankəleyhinə işləyə bilən kiçik babacıqlardan ibarətdir.Uçuş məsafəsi 90 km.
• 9M534 R-90 modelli kəşfiyyat uçuş aparatından ibarətdir. bu döyüşün aparılması və kəşfiyyat üçün tətbiq edilir. Uçuş məsafəsi 90 km.

"Smerç"in üstün tərəfi çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlığı, dəqiqliyi və gücüdür. Altı ədəd Smerçdən ibarət bir briqananın açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.
Onun zəif cəhəti baha olması (bir ədədin qiyməti 12 milyon dollardır) və lokal konfliktlərdə tətbiqinin çətin olmasıdır.
Azərbaycanda bu kompleksdən 30 (12-ədəd 9A52 və 18-ədəd 9K58) ədədin olduğu bildirilir.

Xəbər lenti
0