BAKI, 4 apr — Sputnik. "Həqiqətlərimizi dünyaya çatdıraq! Ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq!".
Sputnik xəbər verir ki, belə bəyanatla çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) gənclərimizi, vətəndaşlarımızı düşmən tərəfindən aparılan informasiya müharibəsinə şiddətli cavab verməyə çağırır. Bəyanatda deyilir:
1. Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin;
2. Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin;
3. Facebook və Twitter sosial şəbəkələrində paylaşın;
4. Azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin.
Diqqət!
1. Məlumatların doğruluğuna əmin olduqdan sonra paylaşın, etibar olunan mənbələrdən istifadə edin.
2. Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın.
Azərbaycan üçün dəstək olaq!
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Tanınmış müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycanın Böyük Vətən müharibəsinin qazisi Vüqar Muradov 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuş baş leytenant Asəf Ağayev də daxil olmaqla, bütün şəhidlərə mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur.
Məlumat üçün bildirək ki, Asəf Ağayev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş hərbçilərimizdən biri olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bundan başqa, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Xalq artisti, bəstəkar və müğənni Tünzalə Ağayeva mədəniyyət paytaxtımız olan Şuşada klip çəkdirib. Kliplə bağlı Sputnik Azərbaycan-a məlumat verən müğənninin prodüseri Yalçın Cabbarovun sözlərinə görə, mahnının adı "Şuşam mənim" adlanır: "Mahnı Azərbaycanın Xalq şairi Rəsul Rzanın eyniadlı şeirinə bəstələnib. Mahnının bəstəsi Tünzalə xanıma məxsusdur. Klipin ssenari müəllifi Günel Anarqızı, rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanovdur".
Посмотреть эту публикацию в Instagram
Prodüserin sözlərinə görə, klipin çəkilişləri artıq yekunlaşıb: "Klip mini-filmi xatırladır. Tünzalə xanım orada çox az rol alıb. Klip Qarabağda şəhid olan döyüşçülərimizə həsr olunub. Çəkilişlər bitib, hazırda montaj işləri gedir. Klip gələn həftə ictimaiyyətə təqdim olunacaq".
Посмотреть эту публикацию в Instagram
BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib.
"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.
Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.