Əsgərlərin hərbi andiçməsi

Azərbaycanlı gənclər BMT-yə müraciət etdilər

61
(Yenilənib 14:14 04.04.2016)
DİGİB: "Sizləri baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhü bərqərar etməyə çağırırıq. Sizdən, Azərbaycan gənclərinin səsinə səs verməyinizi istəyirik"

BAKI, 4 apr — Sputnik. "02 aprel 2016-ci il tarixdə Ermənistan Respublikası Silhalı Qüvvələri gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycanın möqelərini və yaşayış məntəqələrini intensiv atəşə məruz qoyub. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb və işğalçıların təxribatnı dəf edərən Azərbaycan ordusunun 12 hərbiçisi həlak olub".

Bu fikirlər Demokratik İslahatçı Gənclər İctimai Birliyinin (DİGİB) yaydığı bəyanatda əksini tapıb. Sputnik-in redaksiyasına daxil olan bəyanatda birlik BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların AŞPA-nın İƏT-in, Avropanın aparıcı ölkələrinin parlamentlərinin müvafiq sənəd və qərarlarını xatırladaraq, dünya birliyini təxribatçı hərəkətlərə son qoyulması üçün Ermənistana təsir göstərməyə çağırır.

"Xatırladırıq ki, artıq 23 ildir ki, biz bu müharibənin acı nəticələrini yaşayırıq, lakin buna baxmayaraq, dünya birliyi, beynəlxalq təşkilatlar buna göz yumurlar. Xüsusilə, ATƏT-in Minsk qrupunun nümayəndələrinin sadəcə mülahizələr bildirmələri, realda Ermənistana qarşı heç bir sanksiya və tələblərlə çıxış etməmələri, erməni təcavüzünü daha da artırır. Təəssüflə qeyd edirik ki, ATƏT həmsədrləri münaqişənin həlli istiqamətində iş görmək əvəzinə, bu münaqişədən özləri üçün karyera tranplini kimi istifadə edirlər", —deyə bəyanatda vurğulanır.

Sonda müharibənin ağrılı və acılı nəticələrinin şahidi olan Azərbaycan gəncləri adından bəyan edir: "Biz — müharibə şəraitində yaşayan gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, bununla yanaşı Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazır olduğumuzu bəyan edirik. Sizləri də baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhü bərqərar etməyə çağırırıq. Sizdən, Azərbaycan gənclərinin səsinə səs verməyinizi istəyirik!".

Bəyanat Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), ATƏT-in Minsk qrupu, Avropa Şurası (AŞ), Avropa Parlamenti (AP), Avropa İttifaqı (Aİ), Amerika Birləşmiş Ştatlar (ABŞ) Konqresi və Avstraliya senatına, eləcə də digər dövlətlərinin hökumət və parlamentlərinə ünvanlanır.

61
Teqlər:
DİGİB, Demokratik İslahatçı Gənclər İctimai Birliyi, münaqişə, Dağlıq Qarabağ, cəbhə
Əlaqədar
MN: Ermənilərin komanda-qərargah məntəqəsi darmadağın edilib
Gürcüstan müdafiə naziri: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini dəstəkləyirik
"Xəzər Lənkəran"dan nümunəvi addım
Ötən gecə cəbhədə qanlı döyüşlər gedib
Düşmənin Kəşfiyyat Uçuş Aparatının vurulması anı

Azərbaycan Rusiya pirotexnikləri 5 hektardan artıq ərazini minadan təmizləyib - VİDEO

15
Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib.

BAKI, 19 yanvar - Sputnik. Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.

15

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

8
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

8

İlham Əliyev: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar"

17
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib.

BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".

17