Müdafiə nazirliyi

Müdafiə nazirliyi səfərbərliklə bağlı açıqlama yaydı

43349
(Yenilənib 11:23 04.04.2016)
Keçmiş döyüşçülər, o cümlədən ehtiyatda olan əsgərlər könüllü şəkildə cəbhəyə yollanıb döyüşmək istədiklərini bildirirlər.

BAKI, 3 apr – Sputnik. “Cəbhəboyu ərazilər ordumuzun tam nəzarəti altındadır. Hələ ki səfərbərliyə ehtiyac yoxdur”. Bunu Sputnik-ə açıqlamasında Müdafiə nazirliyinin mətbuat katibi polkovnik Vaqif Dərgahlı deyib. 

Dərgahlının sözlərinə görə, hazırda yüzlərlə ehtiyatda olan əsgər və keçmiş döyüşçülər cəbhəyə könüllü yollanmaq üçün Müdafiə nazirliyinə müraciət edib:

“Cəbhədə vəziyyət gərginləşəndən sonra müdafiə nazirliyinin paytaxtdakı və bölgələrdəki şöbələrinə yüzlərlə müraciət daxil olub. Keçmiş döyüşçülər, o cümlədən ehtiyatda olan əsgərlər könüllü şəkildə cəbhəyə yollanıb döyüşmək istədiklərini bildiriblər”.

Müdafiə nazirliyinin sözçüsü Vaqif Dərgahlı həmin insanlara vətənpərvərliklərinə görə minnətdar olduqlarını, lakin hələlik buna ehtiyac yaranmadığını qeyd edib.

“Könüllü surətdə döyüşmək üçün nazirliyimizə müraciət edən vətəndaşlara dövlətimiz adından minnətdarlığımızı bildiririk. Azərbaycan silahlı qüvvələri hazırda cəbhənin bütün istiqamətlərində nəzarəti tam həyata keçirir və düşmənə layiqincə cavab verir. Ona görə də, hazırda səfərbərlik və könüllü döyüşçü qəbuluna ehtiyac yoxdur” – deyə, Dərgahlı əlavə edib. 

43349
Teqlər:
əsgər, Müdafiə nazirliyinin mətbuat katibi, Qarabağ səfərbərlik, səfərbərlik, Müdafiə Nazirliyi, Vaqif Dərgahlı, Qarabağ, Azərbaycan
Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)

Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi - VİDEO

6
Yuxarı Rəfədinli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

6
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Azərbaycan, Füzuli, Qarabağ
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli

Hərbi ekspert hərbçilərin maaşlarına edilən artım əlavələr haqqında danışır

12
(Yenilənib 23:01 04.03.2021)
Hərbi ekspert Emin Həsənli deyir ki, Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir
Emin Həsənli: “Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərbçilərin maaşlarına edilən əlavələri şərh edən hərbi ekspert Emin Həsənli bu əlavələrin bərpa edilmiş sərhəd zonalarında xidmət edən, həmçinin Qarabağın içində Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazidə xidmət aparan hərbi qulluqçulara şamil ediləcəyini bildirib:

“Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir. Onların qayğısı nəticəsində digər məsələlərin həll olunmasının şahidi olacağıq. İyirmi ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillərlə təmin edilir. Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”.

Emin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

"Azərbaycanda vurdurmuşam" - yüz iyirmi min əcnəbi üçün "yaşıl işıq"

4
Azərbaycanda vaksinasiyanın əhatə dairəsi genişlənir. Bizimlə yanaşı, xaricdən gələn və yerli əhali ilə sıx təmasda olan əcnəbilərin də sağlam olmaları şərtdir. Bəs onların vaksinasiyası necə aparılır?

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan 120 minə yaxın xarici ölkə vətəndaşı var ki, onlar Azərbaycanda yaşadıqlarından əhali ilə sıx təmasda olurlar.

Azərbaycanda qeydiyyatda olan əcnəbilər arasında da vaksinasiya kriteriyalarına uyğun gələnlər var. Sputnik Azərbaycan ölkəmizdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının COVID-19 əleyhinə vaksinasiyasının necə aparıldığını araşdırıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan əcnəbilər Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"nda nəzərdə tutulan kateqoriyaya aid olduqları halda onların peyvənd olunmasında heç bir problem yoxdur:

"Azərbaycanda iş icazəsi əsasında, eləcə də müvəqqəti və daimi yaşama əsasında icazəsi olanlar ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara müraciət edərək vaksin edilə bilərlər. Bunun üçün xarici ölkə vətəndaşı kimliyini təsdiq edən və Azərbaycanda müvəqqəti yaşama icazəsi olduğu sənədi poliklinikaya təqdim etməklə COVID-19 əleyhinə peyvənd edilə bilərlər".

Əlaqə saxladığımız poliklinikalardan da eyni cavabı verdilər. S.Əfəndiyev adına 2 saylı poliklinikadan Sputnik Azərbaycan-a bildirdilər ki, ölkəmizdə yaşama icazəsi olan əcnəbilər vaksin olunmaq üçün pasport və yaşama icazəsini təsdiq edən sənədi poliklinikaya təqdim etməklə vaksin oluna bilərlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.

Avropaya gedənlərdən vaksin sertifikatı tələb olunacaq>>

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb və getdikcə əhatə dairəsi genişlənir. Məsələn, martın 3-də təhsil işçiləri də COVID-19 əleyhinə vaksinasiyaya qoşulublar. Ölkə əhalisinin vaksinasiyası "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əsasən, iki mərhələdə aparılır. Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu vaksin edilib. İkinci mərhələdə isə 50 yaş və daha yuxarı, ən azı bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və digərlərinin vaksinasiyası aparılır.

Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

4
Teqlər:
əcnəbi, Azərbaycan, Çin, Sinovac Biotech, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya