QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni silahlı bölmələri Ağdamda məktəblini yaraladı

© APAРаненный житель села Чыраглы Агдамского района Джошгун Мамедов
Раненный житель села Чыраглы Агдамского района Джошгун Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb.

BAKI, 15 fev — Sputnik. Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsinə azərbaycanlı məktəbli yaralanıb.  

APA-nın xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb.

Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəbər lenti
0