İlham Əliyev - Münhen Təhlükəsizlik Konfransı

İlham Əliyev: Biz erməni xalqını deyil, Ermənistan hökumətini ittiham edirik

78
(Yenilənib 11:59 14.02.2016)
Azərbaycan prezidentindən Ermənistan XİN-in əməkdaşına cavab: Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın.

BAKI, 14 fev-Sputnik. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "İqlim və enerji təhlükəsizliyi" mövzusunda müzakirələr zamanı Ermənistanın XİN əməkdaşının Azərbaycan tərəfinin Ermənistanı bir sıra məsələlərdə, o cümlədən Arazın suyunun çirkləndirilməsində günahlandırması ilə bağlı ittihamlarına dair sualına cavabında prezident İlham Əliyev bu fikirlərin tam yanlış olduğunu bildirib.

 

Sputnik president.az-a istinadla xəbər verir ki, prezident İlham Əliyev Azərbaycanın Ermənistanı yalnız işğalda günahlandırdığını bildirib: "Ermənistanı nəinki biz, o cümlədən, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib. Biz erməni xalqını deyil, Ermənistan hökumətini Xocalıda soyqırımı törətməkdə ittiham edirik. Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni bandaları tərəfindən qətlə yetirilib. Bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən qəbul olunub.

Biz Ermənistanı bir milyondan çox insanı qaçqın və məcburi köçkünə çevirməkdə günahlandırırıq. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 mini Dağlıq Qarabağdan, 750 mini Azərbaycanın digər işğal olunmuş ərazilərindən, 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün olub. Bütün bunlar işğalın, sizin qonşu ölkələyə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın".

78
Teqlər:
Araz, Dağlıq Qarabağ, Ermənistan, BMT, İlham Əliyev, Azərbaycan, işğal
Əlaqədar
İlham Əliyev: Yaxın illərdə neft və qaz qiymətlərindən asılılıq aradan qaldırılacaq
İlham Əliyevin Suriya mesajlarının pərdəarxası
İlham Əliyev Londonda "Suriyaya və regiona dəstək" konfransında iştirak edir
İlham Əliyev Böyük Britaniyaya getdi

Dövlətyarlı kəndinin xarabalıqlarına qar yağır - kədərli VİDEO

10
(Yenilənib 20:14 25.01.2021)
Videogörüntülər çəkilərkən Dövlətyarlı kəndinin xarabalıqlarına aram-aram qar yağır, erməni vandallarının törətdiyi əməlləri sanki ört-basdır etməyə çalışır.

BAKI, 25 yanvar - Sputnik. Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilmiş yaşayış məntəqələrindən hazırladığı videogörüntüləri yaymaqda davam edir. Bu dəfə Nazirliyin əməkdaşları Füzuli rayonunun Dövlətyarlı kəndindən videogörüntülər hazırlayıblar.

Videogörüntülər çəkilərkən Dövlətyarlı kəndinin xarabalıqlarına aram-aram qar yağır, erməni vandallarının törətdiyi əməlləri sanki ört-basdır etməyə çalışır. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

10

Şuşa niyə erməni şəhəri ola bilmədi - Paşinyanı töhmət altında qoyan həqiqətlər

57
(Yenilənib 18:11 25.01.2021)
Ermənistan hökumət rəhbərinin illərdir Azərbaycanın dediklərini təsdiq edən fikirlər səsləndirməsi ona müxalif olan şovinist tarixçiləri və siyasi rəqiblərini hiddətləndirməyə bilməzdi

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Yanvarın 21-də Ermənistan hökumətinin parlamentdə keçirilən iclasında baş nazir Nikol Paşinyanın Şuşa haqqında fikirləri Ermənistan ictimaiyyətində böyük narazılıqlara səbəb olub. Belə ki, Paşinyan “Firavan Ermənistan” fraksiyasının üzvü Naira Zöhrabyanın sualına cavab olaraq bildirib ki, münaqişədən əvvəl Şuşa sakinlərinin 90 faizindən çoxu azərbaycanlılar olub. Baş nazir parlament üzvlərinə ritorik sualla müraciət edərək bildirib ki, “əhalisinin əksəriyyəti azərbaycanlı olan Şuşa şəhəri həmin statusla erməni şəhəri ola bilərmi?!” Paşinyanın sözlərinə reaksiya verən erməni tarixçiləri və politoloqları bu fikirləri Şuşa məğlubiyyətini unutdurmaq cəhdi kimi qəbul edirlər. Azərbaycan ordusunun Şuşanı azad etməsindən bir müddət sonra Paşinyan Şuşanı bədbəxt və boz şəhər adlandırmışdı.

© Official website of President of Azerbaijan Republic

Şuşa azərbaycanlılar üçün tarixi yüksəlişin istinadgahlarından biridir. O, mədəniyyətimizin beşiyi olmaqla yanaşı, tariximizi yaradanlara yurd olub. Erməni baş nazirin Şuşaya biganə münasibəti də şəhərə olan yadlığından qaynaqlanırdı.

Paşinyandan fərqli olaraq Azərbaycan dövlətinin Şuşaya münasibəti tamam fərqlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Prezident bildirib ki, Şuşa şəhəri nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər.

Azərbaycan Şuşada və ümumilikdə azad edilmiş bütün torpaqlarda quruculuq işləri ilə bağlı planları həyata keçirdiyi bir zamanda Ermənistan cəmiyyəti ikinci Qarabağ müharibəsindəki ağır məğlubiyyət üçün günah keçisi axtarışındadır. Belə həssas məqamda Ermənistan hökumət rəhbərinin illərdir Azərbaycanın dediklərini təsdiq edən fikirlər səsləndirməsi ona müxalif olan şovinist tarixçiləri və siyasi rəqiblərini hiddətləndirməyə bilməzdi. Maraqlısı budur ki, Şuşa ilə bağlı erməni tarixçilərin müraciət etdikləri bütün mənbələr bu şəhərin tarixinin azərbaycanlılarla bağlı olduğunu ortaya qoyur. Azərbaycan torpaqlarının işğal altında olduğu otuz ilə yaxın müddət ərzində ermənilər bu ərazilərdəki qədim Albaniya dövlətinə məxsus tarixi memarlıq abidələrini Qarabağa olan iddialarının isbatı üçün hədəf seçiblər. Qarabağın işğalda qaldığı illər ərzində tarixi memarlıq abidələrinin əksəriyyəti ermənilər tərəfindən ya dağıdılıb, ya da restavrasiya adı ilə üzərindəki alban dilində yazılmış sözlər dəyişdirilərək qədim erməni irsi kimi təqdim edilib.

Şuşada onların izi-tozu qalmayıb, bundan sonra heç vaxt da olmayacaq - İlham Əliyev>>

Erməni tarixçilərinin Şuşada, ümumən Qarabağda yerləşən bütün türk, islam, alban mədəni irsini qədim erməni tarixinin bir parçası hesab etməsinə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov da münasibət bildirib. Tarixçi deyib ki, Şuşanı qalaya, şəhərə çevirən Azərbaycan xalqının əcdadlarıdır:

“Tarixin bütün dövrlərində bu şəhərdə əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edib. Bu məsələyə tarixi nöqtədən yanaşdıqda görürük ki, Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatılarkən bağlanan Kürəkçay müqaviləsində ermənilərlə bağlı hər hansı müddəa yoxdur. Ermənilər isə Sovet hakimiyyəti qurulduqdan sonra Şuşanın ətrafında məskunlaşmağa başlayıblar. Onların Şuşadakı xristian abidələrinə olan iddiaları tamam əsassızdır. Ermənilər Şuşada yerləşən qədim alban irsinə aid kilsəni və iki rus pravoslav kilsəsini sonradan dəyişərək erməni kilsəsinə çevirmişdilər. Ancaq fakt faktlığında qalır ki, bu şəhərin ermənilərlə tarixi bağlılığı yoxdur”.

Bu gün azad edilmiş Şuşada Azərbaycan bayrağı dalğalanır. Bu həmin “bədbəxt” Şuşadır ki, Paşinyan bir vaxtlar orada yallı gedib, milyonlarla azərbaycanlının sülhə olan ümidlərini dəfn etmişdi. İndi isə hər şey tamam fərqlidir. Azərbaycan Prezidentinin Şuşanın azad edilməsi xəbərini xalqa elan edərkən dediyi “əziz Şuşa, biz səni dirçəldəcəyik” fikirləri reallaşdırılır, Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Eyni zamanda Mədəniyyət Nazirliyi Prezident İlham Əliyevin Şuşada bu il “Xarı-bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi tapşırığı ilə bağlı işlərə başlayıb. Bütün görülən işlərə hərəkətverici qüvvə isə azərbaycanlıların Şuşaya duyduqları maddi və mənəvi varislik hissidir.

57
Teqlər:
mədəniyyət, tarix, Azərbaycan, Qarabağ, Şuşa
Kadir Doğulu və Neslihan Atagül

"Səfirin qızı" rolunun ifaçısı serialdan ayrılıb

0
(Yenilənib 06:58 26.01.2021)
Neslihan Atagülun son durumu "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər.

BAKI, 26 yanvar — Sputnik. Səhhətində ciddi problemlər yarandığı üçün "Sefirin Kızı" serialından ayrılan Neslihan Atagül ilə bağlı yeni xəbər var.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisanın xəstəxanadan görüntüsü yayılıb. Onun bu halı "Instagram" izləyicilərini məyus edib və onlar aktrisaya şəfa diləyiblər. Aktrisa xəstəxanadan video çəkərək hazırda vəziyyətinin yaxşı olduğunu, müalicənin davam edəcəyini bildirib.

Məlumat üçün bildirək ki, gənc aktrisa bağırsaq sızması sindromundan əziyyət çəkir. Bu səbəbdən sürətlə arıqlayan Neslihan hətta çəkilişlərə son verib və "Sefirin kızı" serialından ayrılıb.

0