Xocalı: XX əsrin soyqırımı kitabı

Azərbaycan bayraqları endiriləcək

19
(Yenilənib 15:15 03.02.2016)
"Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Tədbirlər planına əsasən, bir sıra rayonlarda anım tədbirləri keçiriləcək.

BAKI, 3 fev — Sputnik. Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib. Sputnik Azərtac-a istinadən xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində qanlı qırğını əks etdirən materialların yayılması və mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Sənədə əsasən, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.

19
Teqlər:
Ramiz Mehdiyev, "Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı", Xocalı, Qarabağ
Əlaqədar
Rəssamlar Xocalı Sülh mükafatı ilə təltif olunacaq

Müdafiə Nazirliyi Laçın rayonundan yeni kadrlar yayıb

9
Qırx dörd günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın indiki halını Müdafiə Nazirliyinin yeni videoçarxında izləyin.

BAKI, 21 iyun — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Qalaça kəndindən videogörüntülər yayıb. Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Qalaça kəndi Minkənd çayının sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi kiçik təpənin üstündə yerləşən qalaçanın yaxınlığında salındığı üçün belə adlandırılıb. Hazırda həmin qalaçanın yerləşdiyi təpə “Top Qalaça” adlanır.

1992-ci ildə Ermənistan ordusunun işğal etdiyi Qalaça kəndi 2020-ci il dekabrın 1-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Eləcə də oxuyun:

9
Teqlər:
Müdafiə Nazirliyi, video, kənd, Laçın
 Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Qarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəalarının icrası gecikir - Ceyhun Bayramov

2891
(Yenilənib 16:07 21.06.2021)
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə Bakıda brifinq verib. Sputnik Azərbaycan əsas məqamları oxucularına təqdim edir.

BAKI, 21 iyun — Sputnik. “Qazaxıstanlı həmkarıma postmünaqişə dövrü ilə bağlı məlumat verdik”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdı ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Üçtərəfli bəyanatın bəzi müddəalarının icrası gecikir

Nazir bildirib ki, Qarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəaları həyata keçirilir, bəzi müddəaların icrası gecikir:

“Qazaxıstanlı həmkarıma 100 minlərlə məcburi köçkünün torpaqlarına qayıtmasının vacibliyi barədə məlumat verdim. Bu istiqamətdə potensial əməkdaşlıq barədə də müzakirə apardıq”.

Xarici işlər naziri Muxtar Tleuberdını mina təhlükəsi haqda da məlumatlandırdığını vurğulayıb: “10 noyabr 2020-ci il üçtərəfli bəyanatı imzalanandan sonrakı dövrdə 28 nəfər minaya düşərək həyatını itirib, 120-dən artıq insan yaralanıb. Ermənistanın mina xəritələrini təqdim etməməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan bir müddət əvvəl beynəlxalq vasitəçilərin iştirakı ilə Ağdam üzrə mina xəritələrini təqdim edib. Təkcə bir rayonda minaların sayı 97 mindir. Bu, mina təhlükəsinin hansı səviyyədə olduğunu göstərir”.

C. Bayramov xatırladıb ki, 11 yanvar 2021-ci ildə yeni üçtərəfli bəyanat imzalanıb: “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bu bəyanat kommunikasiya əlaqələrinin, iqtisadi münasibətlərin bərpası ilə bağlıdır. Bu razılaşmanın həyata keçməməsinə həm də Ermənistandakı dərin siyasi böhran təsir edib”.

Qazaxıstan Baş nazirinin müavini deyib ki, dostluq və qardaşlıq əlaqələrinin əsası Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən qoyulub, hazırda bu siyasət Azərbaycan və Qazaxıstanın dövlət başçıları İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir: “Qazaxıstan strateji tərəfdaşlıq barədə sənədə yüksək qiymət verir”.

Muxtar Tleuberdı Azərbaycana məxsus ərazilərin geri qaytarılması münasibəti ilə Azərbaycanı təbrik edib, şəhidlərə rəhmət diləyib.

Qonaq Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmaların yerinə yetiriləcəyinə ümidvar olduqlarını vurğulayıb.

Ermənistanın qərarı

Brifinqdə Ermənistanda keçirilən parlament seçkisinə də toxunulub. 

“Dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, hökumətin formalaşması gözlənilir. İnanırıq ki, Ermənistan hakimiyyəti böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq”, - Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bir çoxları böhrana səbəb kimi müharibədəki məğlubiyyəti göstərirlər:

“Dərin böhrana Ermənistanın onilliklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin tanınmış sərhədlərini güc yolu dəyişdirməsi, təcavüz siyasətini həyata keçirməsi səbəb olub”.

XİN başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, sərhədlərin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasına tərəfdardır.

“Ermənistanın bu sahədəki qərarı öz seçimidir”, - deyə nazir vurğulayıb.

Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşı

“Azərbaycan bu gün beynəlxalq enerji təhlükəsizliyinin əsas oyunçusuna çevrilib”, - deyən Muxtar Tleuberdı qeyd edib ki, Qazaxıstanda Azərbaycanın modernləşmə yolu ilə inkişafına sevinirlər.

Çoxtərəfli formatda BMT, ATƏT, MDB, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanla əməkdaşlıq etdiklərini vurğulayan M. Tleuberdının sözlərinə görə, Azərbaycan Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşıdır:

“Təəssüf ki, pandemiya və karantin məhdudiyyətləri fonunda ticarət mübadiləmiz 2020-ci ildə 38 faiz azalaraq, 142 milyon dollaradək düşüb. Biz ticarət dövriyyəsinin artması üçün işlərin görülməsinə, habelə qısa müddətdə Azərbaycan və Qazaxıstan arasında aviaəlaqələrin bərpasına və COVID-19 pasportunun qarşılıqlı tanınmasına hazırıq”.

Qazaxıstan Baş nazirinin müavini onu da deyib ki, xalqlar arasında mədəni əlaqələrin inkişafını dəstəkləyirlər: “Abay Kunanbayulının yubileyinin keçirilməsində dəstəyə görə Azərbaycana təşəkkür edirik. Bu il Qazaxıstanda Nizami Gəncəvinin 880 illik yubileyi keçiriləcək”.

O, Qazaxıstanda 120 min azərbaycanlının yaşadığını da açıqlayıb.

M. Tleuberdı vurğulayıb ki, bu gün iki ölkə arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub.

Qazaxıstan XİN rəhbərinin Azərbaycana səfəri

Qeyd edək ki, Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı iyunun 20-də Azərbaycana səfərə gəlib.

O, səfər çərçivəsində Azərbaycanın Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını diqqətə alaraq, nazir Tleuberdi azərbaycanlı həmkarını Qazaxıstana rəsmi səfərə dəvət edib. Ceyhun Bayramov həmkarının dəvətini məmnunluqla qəbul edib.

Qeyd edək ki, Qazaxıstan XİN başçısı iyunun 20-də Bakı Olimpiya Stadionunda Türkiyə və İsveçrə arasında AVRO-2020 çərçivəsində baş tutmuş futbol matçını izləyib.

 

Eləcə də oxuyun:

2891
Teqlər:
Ceyhun Bayramov, brifinq, görüş, XİN rəhbərləri, Qazaxıstan, Azərbaycan
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Mehriban Əliyevanın o füsunkar geyiminin müəllifi kimdir?

0
(Yenilənib 20:59 21.06.2021)
Amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilən bu brenddə üsyankar ruh, avanqard və azadlıq notları var.

BAKI, 21 iyun — Sputnik. Azərbaycanın vitse-prezidenti, Azərbaycan Respublikasının prezidentinin xanımı Mehriban Əliyeva öz zövqlü geyimləri ilə hər kəsi valeh edir. O, bir çox moda jurnalları və portallarda dünyanın ən zövqlə geyinən First lady-ləri arasında ön sıralarda yer alır.

Onun bu il mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il dönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən geyindiyi boz rəngdə plaş isə moda dünyasında geniş müzakirələrə səbəb olub. Hər kəs Azərbaycanın birinci xanımına bu geyimin çox yaraşdığını, zərif görünüşünü tamamladığını qeyd edir.

Sputnik Gürcüstan həmin plaşın hansı brenddən olduğunu araşdırıb. Məlum olub ki, Mehriban Əliyevanın geyindiyi həmin boz plaşın müəllifi Gürcüstanın "Situationist" brendidir.

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
"Gürcüstanın sosial şəbəkəsinin istifadəçilərinin diqqətini xanım Əliyevanın Gürcüstan brendindən boz rəngli bir plaş geyməsi çəkib. Geyim öz lakonikliyi və "Situationist" xas asimmetrikiyi ilə seçilir. İlham Əliyev və Mehriban Əliyevanın fotolarını gürcü brendinin özü də sosial şəbəkədə paylaşıb", - deyə məlumatda bildirilir.

"Situationist" brendi dizaynerlər İrakli Rusadze və David Qiorqadze tərəfindən 2015-ci ildə yaradılıb. Onların işi məşhur amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilib.

"Situationist" brendində üsyankar ruh, avanqard və azadlıq notları var. Hazırda İrakli Rusadze "Situationist" üçün yeni modellərin hazırlanması üzərində işlərini davam etdirir.

Qeyd edək ki, Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva bu ilin mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il dönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən bu geyimi geyinib.

 

0