Həmsədrlər və XİN başçıları

Amerikalı həmsədr Ceyms Uorlikdən "twit"

15
(Yenilənib 10:52 03.12.2015)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda Minsk qrupunun həmsədrləri ilə görüşüb.

BAKI, 3 dek-Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya Federasiyası), Pyer Andryu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə görüşüb.

Sputnik Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində Minsk qrupunun fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün Minsk qrupu həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

ATƏT-in Minsk qrupunun həmsədrləri Belqradda Fransanın dövlət katibi Harlem Desirlə də görüşüblər.

Amerikalı həmsədr Ceyms Uorlik öz "twitter" səhifəsində bu barədə yazıb. "Fransanın dövlət katibi ilə Belqradda Dağlıq Qarabağ münaqişəsini müzakirə etməkdən məmnunuq. Biz birlikdə işləyəcəyik" — tvitdə bildirilir.

15
Teqlər:
Ermənistan-Azərbaycan münaqişəsi, Fransanın dövlət katibi Harlem Desir, Andjey Kaspşik, Pyer Andryu, Ceyms Uorlik, Twitter, Dağlıq Qarabağ, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, ATƏT-in Minsk qrupu, ATƏT-in Minsk Qrupu, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Belgrad