QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

© Sputnik / StringerUkraynanın bayrağı
Ukraynanın bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna Prezident Administrasiyasının başçısı Boris Lojkinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

BAKI, 2 dek-Sputnik. Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Ukrayna Prezident Administrasiyasının başçısı Boris Lojkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, görüşdə Ukrayna Aleksandr Mişşenko və digər rəsmi şəxslər iştirak ediblər.

Əsgərov ölkələr arasındakı dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu və müstəqillik əldə etdikdən sonra əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini bildirib. O, hər iki ölkənin parlamentlərinin dövlətlərarası münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını, deputatların nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq etdiklərini söyləyib. Z. Əsgərov Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Ukraynanın göstərdiyi dəstəyə və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.

Lojkin isə Azərbaycanla əlaqələrin genişlənməsinə böyük önəm verdiklərini və hökumətlərarası komissiyasının fəaliyyətinin gücləndirilməsinin əməkdaşlığın dərinləşməsində mühüm rol oynayacağına inandığını vurğulayıb. B. Lojkin bu yaxınlarda ölkəsinin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi prosesində Azərbaycanın göstərdiyi dəstəyi yüksək dəyərləndirib. O, Dağlıq Qarabağ probleminin həllində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini də xüsusi vurğulayıb.

Qəbulda parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, iqtisadi, ticarət, kənd təsərrüfatı, enerji, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub.

Xəbər lenti
0