QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Səudiyyə Ərəbistanında Qarabağ problemi müzakirə ediləcək

© virtualtouristSəudiyyə Ərəbistanı - Ciddə şəhəri
Səudiyyə Ərəbistanı - Ciddə şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
"İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri: keçmiş səylər və gələcək imkanlar" mövzusunda simpozium Ciddə şəhərində keçiriləcək.

BAKI, 30 noy-Sputnik. Səudiyyə Ərəbistanında Dağlıq Qarabağ probleminə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək.

Bu barədə Sputnik-ə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) məlumat verilib.
Beynəlxalq simpozium dekabrın 2-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçiriləcək.
Məlumatda deyilir ki, dekabrın 2-də Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi, İslam Əməkdaşlıq Təşkilatı və SAM-ın birgə təşkilatçılığı ilə "İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri: keçmiş səylər və gələcək imkanlar" mövzusunda simpozium keçiriləcək.

Simpoziumda "Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: müşahidəçi təşəbbüslərdən fəal iştirakçı roluna" və "Beynəlxalq hüququn özünü doğrultmamasından sonra İƏT üzv dövlətlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə gələcək töhfələri" mövzularında müzakirələr planlaşdırılır.
Toplantıda iştirak etmək üçün SAM-ın direktor müavini Gülşən Paşayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili — Əliyev Ciddə şəhərinə səfər edəcəklər.
daxildir.

Xəbər lenti
0