ABŞ səfiri Robert Sekuta

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılır

26
ABŞ səfiri Robert Sekuta: BMT Baş Assambleyası çәrçivәsindә hәr iki ölkәnin nazirlәrinin görüşü keçirilәcәk.

BAKI, 17 sent-Sputnik. Dağlıq Qarabağ münaqişәsinin hәlli istiqamәtindә hazırda addımlar atılır.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib. O bildirib ki, bu istiqamәtdә ABŞ-ın ATӘT-in Minsk Qrupundakı hәmsәdri digәr hәmsәdrlәrlә birlikdә ciddi sәylә çalışır: "BMT Baş Assambleyası çәrçivәsindә hәr iki ölkәnin nazirlәrinin görüşü keçirilәcәk. Cәnab Uorlik iyul sәfәrindә burada mәcburi köçkünlәrlә görüşüb. Burada söhbәt münaqişәdәn әziyyәt çәkәn insanlardan gedir. Bunun hәll olunması üçün addımlar atılmalıdır. Azәrbaycanda isә bundan әziyyәt çәkәn 1 milyon qaçqın var".

Sәfir nazirlәrin Nyu-Yorkda keçiriləcək görüşünə münasibət bildirərək, tәrәflәrə danışıqların davam etdirilmәsi üçün şәrait yradılmasının vacibliyini qeyd edib.

 

26
Teqlər:
Nyu York, Uorlik, ATӘT-in Minsk Qrupu, Dağlıq Qarabağ, ABŞ səfiri Robert Sekuta, ABŞ səfirliyi, Robert Sekuta, Dağlıq Qarabağ