Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlərə başlayıb

Azərbaycan Ordusu irimiqyaslı təlimlərə başlayıb

809
(Yenilənib 11:32 06.09.2015)
Təlimlərə 65 000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, HHQ-nin 40-dək təyyarəsi və 50-dək helikopteri, HDQ-nin 20-dək gəmi və kateri və s. cəlb edilib.

BAKI, 6 sent-Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilir.
Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlimlərə 65 000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin (HHQ) 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin (HDQ) 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçan aparatlardan istifadə olunacaq. Komanda Qərargah Hərbi Oyunlarında qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi, eləcə də düşmənin mühasirəyə alınması və darmadağın edilməsi üzrə tapşırıqlar icra olunacaq. Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6000 nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək.
Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcək.
Komanda Qərargah Hərbi Oyunlarının son mərhələsində təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcək.

809
Teqlər:
Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Komanda Qərargah Hərbi Oyunları, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Ali baş Komandan, Prezident İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Hərbi təlimlər, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, İlham Əliyev
İşğaldan azad edilmiş Qartaxanbəyli kəndində ərazilərin minalardan təmizlənməsi

Evimizə gedən yolu açmaq üçün həyatlarını təhlükəyə atanlar

1176
(Yenilənib 18:19 09.05.2021)
ANAMA-nın mexaniki minatəmizləmə üzrə supervayzer Rasim Nağıyev: “Texnikalar 1 saat müddətində 1000-3000 kvadrat metr sahəni təmizləmə gücündədir”.

Emin Əlisahib, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. 44 günlük şanlı tarix ərzində müzəffər ordumuz tərəfindən torpaqlarımız yağı düşməndən təmizləndi. Bugün isə ermənilərin həmin ərazilərdə basdırdığı minaların ANAMA əməkdaşları tərəfindən təmizlənməsi davam edir. İşğaldan azad edilən ərazilərdə minaların təmizləndiyi sahələrə media tur təşkil edilib. Ərazidə aparılan proseslər jurnalistlər tərəfindən izlənilib.

İşlərə işğaldan azad edilmiş Qartaxanbəyli kəndindən start verilib. Hazırda bu yolda təmir işləri gedir ki, bu yolun yol yatağının genişləndirilməsi üçün ANAMA-nın əməkdaşları ərazidə minatəmizləmə əməliyyatları aparır. Minatəmizləmə əməliyyatı 3 üsulla aparılır. Dedektorlar vasitəsilə, mexaniki üsulla və itlər vasitəsi ilə. Hazırda isə itlər vasitəsi ilə çirkənmiş ərazidə mina axtarılır. ANAMA-nın mina təmizləmə üzrə mütəxəssislər xüsusi detektorlar vasitəsi ilə minaların aşkar edilməsi işlərini yerinə yetirir. Həmçinin zolaqların açılması üçün uzaqdan idarə olunan mina təmizləmə texnikaları çalışır. Bundan başqa təmizləmə işlərində xüsusi təlim keçmiş itlərdən də istifadə olunur. ANAMA-nın əməkdaşı Mədəd Məmmədov deyir ki, ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsi təqdim edilmədiyi üçün təmizləmə işlərində çətinlik yaranır. Ərazidə aparılan müşahidələr zamanı 1.5 km məsafədə 9 mina xətti aşkar edilib. Hazırda həmin istiqamətdə də təmizləmə işləri aparılır.

“Ərazinin yaxınlığından asvalt yol keçir. Biz hazırda asvalt yolun genişləndirilməsi ilə bağlı təmas xəttində olan mina sahəsindən və eyni  zamanda digər ərazilərdən asvalt yolun genişləındirilmıəsi işi ilə məşğuluq. Asfalt yol yenidən bərpa olunur və bu asfalt yolun bərpası üçün təxminən biz asfaltdan 12 metr sağa, 12 metr sola ərazini minalardan təmizləyirik. Minalar 3 üsulla aparılır. Minatəmizləyən itlərdən istifadə edirik. Təmizləmə əməliyyatları aparırıq. Evlərə yaxın olan hissələrdə isə partlanmamış hərbi sürsat axtaran itlərdən istifadə etməklə təmizləmə işi aparırıq. Yolun 13 kilometr hissəsinin təmizlənməsi üçün bizə göstəriş verilib. Artıq 8 kilometrə yaxınını təmizləmişik. Əlavə 5 kilometr ərazidə də hazırda işlər davam edir”.

  • İşğaldan azad edilmiş Qartaxanbəyli kəndində ərazilərin minalardan təmizlənməsi
    © Sputnik / Emin Alisahib
  • İşğaldan azad edilmiş Qartaxanbəyli kəndində ərazilərin minalardan təmizlənməsi
    © Sputnik / Emin Alisahib
  • İşğaldan azad edilmiş Qartaxanbəyli kəndində ərazilərin minalardan təmizlənməsi
    © Sputnik / Emin Alisahib
1 / 3
© Sputnik / Emin Alisahib
İşğaldan azad edilmiş Qartaxanbəyli kəndində ərazilərin minalardan təmizlənməsi

Minatəmizləmə əməliyyatlareına cəlb edilmiş itlərin sayında yaxın gələcəkdə artımın müşahidə ediləcəyi bildirilir. İtlərin sayının arıtırlması üçün artıq ANAMA-nın seleksiya mərkəzində damazlıq itlərin saxlanılmasına başlanılıb. ANAMA-nın Horadiz Regional İdarənin Əməliyyatlara Daxili Nəzarət üzrə mütəxəssis Azər Hüseynov bildirib ki, təmizləmə əməliyyatlarından istifadə edilən xüsusi təlim keçmiş itlərin mühüm rolu var. “Hazırda 38 baş it vardır ki, onun 20 başı mina axtaran itlərdir ki ərazilərə cəlb edilib. Bundan başqa 4 baş it isə xüsusi təlim yolu vasitəsi ilə partlamamış silah sursatların tapılması üçün yetişdirilib. İtlərin sayının arıtırlması üçün ANAMA-nın seleksiya mərkəzində  4 baş damazlıq it saxlanılır. Bu itlərdəndə 6 baş it əldə olunaraq xüsusi təlim keçilib və sahələrə cəlb edilir”.

Hazırda işğaldan azad edilən ərazilərdə istifadə olunan texnikalar həm tank həmdə piyada əleyhinə minalara davam gətirmək qabiliyyətinə malikdir. ANAMA-nın mexaniki minatəmizləmə üzrə supervayzer Rasim Nağıyevin sözlərinə görə, əməliyyatlarda texnikalardan istifadə işlərin geniş çərçivədə aparılmasına şərait yaradır. Əməliyyat planına uyğun olaraq şübhəli ərazilərə texnikalar cəlb edilir və mina xətlərinin aşkar edilməsi ilə yanaşı riski  azalır: “Texnikalar həm tank, həm də piyada əleyhinə minalara davam gətirmək qabiliyyətinə malikdir. Uzaqdan idarə olunan texnikalar üç növdür  - bunlar yüngül, orta və ağır tipli olan mina təmizləyən maşınlardır. Relyefin müxtəlifliyinə görə texnikaların təmizləmə işləri dəyişə bilir. Belə ki, 1 saat müddətində 1000-3000 kvadrat metr sahəni təmizləmə gücündə olan minatəmizləyən maşınlar əməliyyatlarda əvəzsiz rola malikdir”.

Media tur zamanı mina təmizləmə mütəxəssislər tərəfindən aşkar edilən tank əleyhinə həmçinin partlamamış silah-sursatların partlatma yolu ilə zərərsizləşdirmə prosesi də izlənilib.

1176
Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub

Şuşada Faşizm üzərində Qələbə Günü qeyd olunub

25
(Yenilənib 14:16 09.05.2021)
Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

BAKI, 9 may — Sputnik. İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

  • Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
    © AR Ministry of Defence
  • Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
    © AR Ministry of Defence
  • Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub

Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

25

Baş prokurordan "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət

0
(Yenilənib 12:02 10.05.2021)
Kamran Əliyev qeyd edib ki, konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib.

BAKI, 10 may - Sputnik. Baş prokuror Kamran Əliyev son günlər "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, "Report"un sualını cavablandırarkən deyib ki, Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb.

"Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurddur", - K.Əliyev vurğulayıb.

0
Teqlər:
Kamran Əliyev, Baş prokuror, cinayət işi, cinayət, hərbi hissə, Tərtər