German Sterliqov

German Sterliqovun hansı səbəbdən axtarışa verildiyi açıqlanıb

99
(Yenilənib 14:29 31.07.2015)
Hikmət Hacıyev: German Sterliqov əsasən İnterpol-un üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amili nəzərə alaraq, onun barəsində İnterpol vasitəsilə axtarış verilib.

BAKI, 31 iyul — Sputnik. German Sterliqov və onun erməni hüquqşünas havadarları öz hüquqi savadsızlıqlarını bir daha nümayiş etdiriblər. Bu şəxsin Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“German Sterliqov Rusiya Federasiyasının vətəndaşıdır və müvafiq olaraq da Rusiya İnterpol-un tam hüquqlu üzvüdür. 1956-cı ildən etibarən beynəlxalq təşkilat statusu alan İnterpol dövlətlərarası beynəlxalq qurumdur. German Sterliqov əsasən İnterpol-un üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amili nəzərə alaraq, onun barəsində İnterpol vasitəsilə axtarış verilib.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur. Ermənistan tərəfindən bu ərazilərin işğalı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb”, — deyə o vurğulayıb.

H. Hacıyev qeyd edib ki, konkret cinayətlərdə ittiham olunan və məhkəmənin qərarı ilə barəsində həbs-qəti imkan tədbiri seçilmiş G. Sterliqovun məsuliyyətdən qaçaraq işğal olunan ərazilərdə gizlənməsi bir daha bu ərazilərdə münbit kriminal mühitin hökm sürdüyünü sübut edir.

99
Teqlər:
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, Xarici İşlər Nazirliyi, XİN, Xarici İşlər Nazirliyinin mətbuat xidməti, Hikmət Hacıyev, German Sterliqov, Azərbaycan
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir

Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi davam edir - VİDEO

6
Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

6
Sənədin imzalanması, arxiv şəkli

Prezident medallarla bağlı qanunu təsdiqlədi

9
Dövlət başçısı İlham Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzalayıb.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edilib.

Dəyişikliyə görə, 1.1-ci maddəyə "Azərbaycan Respublikasının ən yüksək təltifi – "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib:

"Zəfər" ordeni;

"Qarabağ" ordeni;";

1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

"Suqovuşanın azad olunmasına görə" medalı;

"Cəbrayılın azad olunmasına görə" medalı;

"Xocavəndin azad olunmasına görə" medalı;

"Füzulinin azad olunmasına görə" medalı;

"Zəngilanın azad olunmasına görə" medalı;

"Qubadlının azad olunmasına görə" medalı;

"Şuşanın azad olunmasına görə" medalı;

"Kəlbəcərin azad olunmasına görə" medalı;

"Ağdamın azad olunmasına görə" medalı;

"Laçının azad olunmasına görə" medalı;

"Vətən müharibəsi iştirakçısı" medalı;

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı.

Sənədlə həm də adları sadalanan medallar haqqında əsaslanmələr və medalların təsviri də təsdiqlənib.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında" qanunu imzalayıb.

Sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiqlənib.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0