Polish Prime Minister Donald Tusk

Donald Tusk: Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir

97
(Yenilənib 14:00 22.07.2015)
Avropa İttifaqı Şurasının sədri: Münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur.

BAKI, 22 iyul — Sputnik. Mənim üçün və Avropa İttifaqı üçün Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir.

APA-nın məlumatına görə, bu sözləri Aİ Şurasının sədri Donald Tusk Azərbaycan prezidenti ilə keçirdiyi mətbuat konfransında jurnalistin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən deyib.

O, iki gün öncə Ermənistanda bunu aydın şəkildə bəyan etdiyini bildirib: “Bizə sülh yolu ilə həll lazımdır. Bunun alternativi yoxdur. Dinc yolla məsələnin həllinin alternativi yoxdur. Fikrimcə, biz nəinki hərbi əməliyyatlardan, həmçinin radikal tondan, düşmənçilik və ədavətə əsaslanan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar Dağlıq Qarabağ məsələsinin həllinə xidmət edən məqamlar deyil. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki münaqişələr bizə qətiyyən lazım deyil.

Ukraynada baş verən hadisələr bu cür siyasətin, ideologiyanın, münasibətin ən açıq nümunəsidir. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunu dəstəkləyir. ATƏT-in göstərdiyi səylər münaqişənin həlli ilə bağlı müəyyən edilmiş beynəlxalq formatı təşkil edir. Biz ümidvarıq ki ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq. Biz, prezidentlər, bunu müzakirə etdik. Siz bununla bağlı bəzi məqamlarda məyus da ola bilərsiniz. Lakin hesab edirəm ki, bizə daha çox təmkin lazımdır. Biz əmin olmalıyıq ki, məsələnin həlli üçün əlimizdən gələni edirik”. 

97
Teqlər:
Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqı, Donald Tusk, Azərbaycan
Sülhməramlı kontingent üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi prosesi davam edir

Sülhməramlılar üçün maddi-texniki təminat vasitələrinin gətirilməsi davam edir - VİDEO

9
Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün maddi-texniki təminat vasitələrinin ölkəmizə gətirilməsi prosesi davam edir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Dekabrın 1-də Rusiya sülhməramlılarının maddi-texniki təminatı üçün gətirilən vasitələr müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb.

9
Sənədin imzalanması, arxiv şəkli

Prezident medallarla bağlı qanunu təsdiqlədi

13
Dövlət başçısı İlham Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzalayıb.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edilib.

Dəyişikliyə görə, 1.1-ci maddəyə "Azərbaycan Respublikasının ən yüksək təltifi – "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib:

"Zəfər" ordeni;

"Qarabağ" ordeni;";

1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

"Suqovuşanın azad olunmasına görə" medalı;

"Cəbrayılın azad olunmasına görə" medalı;

"Xocavəndin azad olunmasına görə" medalı;

"Füzulinin azad olunmasına görə" medalı;

"Zəngilanın azad olunmasına görə" medalı;

"Qubadlının azad olunmasına görə" medalı;

"Şuşanın azad olunmasına görə" medalı;

"Kəlbəcərin azad olunmasına görə" medalı;

"Ağdamın azad olunmasına görə" medalı;

"Laçının azad olunmasına görə" medalı;

"Vətən müharibəsi iştirakçısı" medalı;

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı.

Sənədlə həm də adları sadalanan medallar haqqında əsaslanmələr və medalların təsviri də təsdiqlənib.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında" qanunu imzalayıb.

Sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiqlənib.

13
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanda hansı yol hərəkəti qaydaları daha çox pozulur

0
(Yenilənib 19:23 01.12.2020)
Ölkə üzrə ən çox hansı yol hərəkəti qaydalarının daha çox pozulması ilə bağlı statistika açıqlanıb. Siyahıda birinci yeri icazə verilən sürət həddinin aşılması ilə əlaqədar qayda pozuntuları tutur.
İnfoqrafika: Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı statistika
© Sputnik / Elnur Salayev

Azərbaycanın yol polisi əməkdaşları bu ilin yanvar-sentyabr ayları ərzində ölkə yollarında sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı təxminən üç milyon fakt qeydə alıblar. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, qayda pozuntularının üçdə biri icazə verilən sürət həddinin aşılması ilə əlaqədardır.

İkinci yeri nəqliyyat vasitəsini düzgün saxlamamaq və ya səhv yerə park etməklə bağlı cərimələr tutur - 20,7%. Üçüncü yerdə isə yol işarələri və ya nişanlarının tələblərinə əməl etməməklə bağlı qayda pozuntuları durur.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası 2020-ci il üzrə yol hərəkəti qayadalarının pozulması statistikasına da öz təsirini göstərib. Tutulan protokolların 4.1%-i nəqliyyatda sanitar-gigiyena və karantin rejimini pozanların payına düşür.

Ümumilikdə sürücülər qayda pozuntuları ilə bağlı dövlət xəzinəsini 93,2 milyon manat həcmində cərimə ödəməli olublar.

Yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı statistika Sputnik Azərbaycan-ın İnfoqrafikasında daha geniş şəkildə öz əksini tapıb.

0