Azərbaycan-Ermənistan

Bakı İrəvana Vaşınqton ya Moskvada görüşmək təklif olunub

12
(Yenilənib 14:25 21.07.2015)
ATƏT Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan tərəfinə xarici işlər nazirlərinin və prezidentlərin görüşü ilə bağlı konkret təkliflərini veriblər.

BAKI, 21 iyul — Sputnik. ATƏT Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan tərəfinə xarici işlər nazirlərinin və prezidentlərin görüşü ilə bağlı konkret təkliflərini veriblər.

Sputnik xəbər verir ki, regionda səfərdə olan ATƏT MQ həmsədrlərinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla  görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin perspektivləri müzakirə olunub.

Görüşdə həmsədrlər eyni zamanda tərəflərə prezidentlərin və nazirlərin görüşü ilə bağlı təkliflərini veriblər. Həmsədrlər ilin sonunadək görüş üçün Vaşınqton və Moskvanı təklif ediblər. 

12
Teqlər:
Azərbaycan-Ermənistan, ATƏT-in Minsk Qrupu, ATƏT, Edvard Nalbandyan