Azərbaycan XİN

Serbiya jurnalistinin adı “arzuolunmaz şəxslər” siyahısından çıxarılıb

14
(Yenilənib 15:12 01.07.2015)
2015-ci ilin mart ayında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib.

BAKI, 1 iyul — Sputnik. 2015-ci ilin mart ayında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib.

Bu barədə Sputnik-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, S. Samarciya məktubunda Azərbaycan Respublikasının müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edərək, bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir də təkrarlanmayacağını vurğulayıb. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.

Samaraciyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılması barəsində qərar qəbul edilib.

14