ATƏT-in cəbhə xəttində monitorinqi

Qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdı

4
(Yenilənib 13:59 05.06.2015)
Monitorinq zamanı hər hansı insident qeydə alınmayıb.

BAKI, 5 iyun — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb.

Sputnik-in Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinq zamanı hər hansı insident qeydə alınmayıb.

4
Əlaqədar
Cəbhə xəttində növbəti monitorinq həyata keçriləcək