Sergey Lavrov

Lavrov: Qarabağ probleminin həlli xarici siyasətimizin prioritetidir

9
(Yenilənib 19:18 25.05.2015)
Rəsmi Moskva hər zaman olduğu kimi Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında razılığın əldə olunmasına dəstəyi xarici siyasət sahəsindəki prioritetlərindən biri kimi qiymətləndirir.

BAKI, 25 may — Sputnik. Rəsmi Moskva hər zaman olduğu kimi Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında razılığın əldə olunmasına dəstəyi xarici siyasət sahəsindəki prioritetlərindən biri kimi qiymətləndirir.

RİA Novosti xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla keçirilən birgə brifinqdə çıxış edib.

"Rusiya həm ikitərəfli kanallar, həm də ATƏT-in Minsk qrupu həmsədrləri xətti ilə qarşılıqlı səmərəli razılaşmaların əldə olunması üzrə öz yardımını göstərməkdə davam edir", deyə rusiyalı nazir qeyd edib.

Lavrov vurğulayıb ki, münaqişənin həllinə nikbin baxır: "Münaqişənin uzandığını hamı bilir və münaqişənin həlli üçün bazanın olduğunu da hamı bilir. Lakin Rusiyanın qarşılıqlı həllin əldə olunmasındakı fəallığı heç zaman azalmayıb. Biz çalışacağıq ki, bu razılıq tez bir zamanda əldə olunsun."

İkitərəfli münasibətlərə toxunan Lavrov iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib: "Bunun nəticəsidir ki, keçən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illərə nisbətən 12% artıb.

E. Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin notları bölüşdüyünü vurğulayıb: "Problem var və onu həll etmək lazımdır. Bunun vaxtı çoxdan yetişib".

9
Əlaqədar
Qarabağ münaqişəsinin davam etməsi Rusiyanın maraqlarına ziyandır
XİN: Qarabağ münaqişənin həlli Rusiya üçün mühüm əhəmiyyət kəsb edir
İkili standartlar Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidir