Robert Sekuta

Robert Sekuta: ABŞ Qarabağ münaqişəsinin həllində səylərini davam etdirir

4
ATƏT-in Minsk qrupunun həmsədrləri bu il prezidentlərin görüşlərini təşkil etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparırlar

BAKI, 20 may — Sputnik. ATƏT-in Minsk qrupunun üzvü kimi Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərir və hazırda da bu istiqamətdə səylər davam etdirilir.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri bu il prezidentlərin görüşlərini təşkil etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparırlar: “Nəticədə bir məsələ yaddan çıxmamalıdır ki, həmsədrlərin təklif etdikləri ideyalar əsasında hər iki ölkənin rəhbərliyi  uzun müddət həllini gözləyən münaqişənin dinc həlli istiqamətdə iradə nümayiş etdirməli və addım atmalıdırlar”.

4
Mövzu:
Qarabağ (5)