Əhalinin COVID pasportuna münasibəti

1561
(Yenilənib 11:06 11.09.2021)
,
Sosial Tədqiqatlar Mərkəzi sentyabrın 1-də ölkədə tətbiq olunan dəyişiklikləri nəzərə alaraq əhali arasında sorğu keçirib. Sorğunun nəticəsi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında geniş şəkildə öz əksini tapıb.
İnfoqrafika: ƏHALİINİN VAKSİNASİYAYA MÜNASİBƏTİ
© Sputnik / Elnur Salayev

Hazırda bütün dünyanı cənginə almış koronavirusla mübarizədə ən optimal variant peyvənd hesab olunur. Ancaq başqa ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında vaksinasiyaya münasibət birmənalı deyil. Bununla belə, sentyabrın 1-də ölkədə peyvənd vurdurmayan şəxslər üçün həyat bir xeyli çətinləşib.

Artıq COVID pasportu olmayanlar "mall"-larda alış-veriş edə bilməz, kafe-restoranların isə yalnız terras və bağçasında oturub nahar etməyə icazə verilir. Bir sıra başqa məhdudiyyətlər də nəzərdə tutulub.

Belə ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarındakı dəyişikliyə görə, bu ilin sentyabr ayının 1-dən etibarən:

– dövlət orqanlarının əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Bu siyahıya mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələri daxildir;

– Sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;

– Yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Bura ictimai iaşə müəssisələri, mehmanxanalar, iri ticarət mərkəzləri aiddir.

Sosial Tədqiqatlar Mərkəzi bu dəyişiklikləri nəzərə alaraq əhali arasında COVID pasportu ilə bağlı sorğu keçirib. Sorğunun nəticəsi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında geniş şəkildə öz əksini tapıb.

1561
Teqlər:
COVID-19, Koronavirus, COVID-19 pasportu

Azərbaycanlıların İcbari Tibbi Sığortaya münasibəti

2225
(Yenilənib 15:01 21.09.2021)
Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqindən yarım ildən çox vaxt keçir. Bununla belə, vətəndaşlar xəstəxanalarda bəzi tibbi manipulyasiyalara görə pul ödəməli olduqlarını bildirirlər.
İnfoqrafika: Əhalinin icbari tibbi sığortaya münasibəti
© Sputnik / Elnur Salayev

 

Azərbaycanlılar İcbari Tibbi Sığorta (İTS) haqqı ödəsələr də, buna paralel olaraq aldıqları tibbi xidmətlər müqabilində ödəniş etməli olurlar. Media Təhlil Mərkəzinin əhali arasında keçirdiyi rəy sorğusu da bunu təsdiqləyir. Halbuki təyinatına görə həmin xidmətlər əhaliyə pulsuz göstərilməlidir.

Bu dəfə sosial sorğuda 1100-dən çox respondent iştirak edib ki, onların çox hissəsini də qadınlar təşkil edib – 56,5%.

Məlumdur ki, 2021-ci ilin aprel ayının 1-dən Azərbaycanın bütün ərazisində İTS-nin tətbiqinə başlanılıb. Rəyi soruşulanların üçdə biri ümid edir ki, səhiyyə sistemində aparılan islahatlar, nəhayət, tibbi xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxaracaq.

Təxminən elə bu qədər insanı isə hazırda yerli xəstəxanalarda hökm sürən vəziyyət qane etmir. Əhali İTS paketinə daxil olan tibbi xidmətlərdən istifadə etsə də, sorğunun nəticəsinə əsasən, respondentlərin 67,5%-i onlara göstərilən xidmətə görə haqq ödəyir.

Sorğunun nəticəsi ilə bağlı daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.

2225
Teqlər:
infoqrafika, icbari tibbi sığorta

Yol hərəkəti qaydalarına riayət pozuntuların səbəbləri

1292
(Yenilənib 09:53 20.09.2021)
Polisin bütün səylərinə baxmayaraq, Azərbaycanda yol-nəqliyyat hadisələri azalmır. Bütün bunlar ölkə əhalisinin artması və nəticədə nəqliyyat vasitələrinin sayının artması fonunda baş verir.
İnfoqrafika: Yol hərəkəti qaydaları
© Sputnik / Elnur Salayev

 

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda yollarda baş verən vəziyyət və çoxsaylı qəzaların səbəbləri ilə bağlı müzakirələr, yəqin ki, heç vaxt bitməyəcək.

Avtomobil sürcüləri və piyadalar kimin daha çox günahkar olduğu ilə bağlı mübahisə edirlər: sürücülər yolu keçən insanların məsuliyyətsizliyindən narazıdırlar, piyadalar isə avtomobil sahiblərini yol hərəkəti qaydalarını bilməməkdə günahlandırırlar.

Polisin bütün səylərinə baxmayaraq, Azərbaycanda yol-nəqliyyat hadisələri azalmır. Bütün bunlar ölkə əhalisinin artması və nəticədə nəqliyyat vasitələrinin sayının artması fonunda baş verir. Yollarda baş verən qəzaların səbəbləri çoxdan yaxşı araşdırılsa da, sürücülər və piyadalar arasında kimin daha çox günahkar olduğunu öyrənmək hələ də mümkün deyil. Xüsusilə ona görə ki, hər iki tərəf bir-birinə qarşı ittihamlar irəli sürür.

Media Təhlil Mərkəzi və Azərbaycan Avtomobil Federasiyası yerli əhali arasında sorğu keçirib məsələ ilə bağlı keçirib. Sorğuda 505 nəfər iştirak edib. Maraqlı fakt ondadır ki, respondentlərin əksəriyyəti, yəni 79%-i sürücüləri sistemli şəkildə yol hərəkəti qaydalarını pozmaqda günahlandırıblar. Qalan 21% -i isə özləri bütün yol hərəkəti qaydalarına riayət etdiklərini bildiriblər.

Sorğunun nəticələri ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan infoqrafikasında tanış ola bilərsiniz.

1292
Teqlər:
yol hərəkəti

Səfir İranın təlimləri, Ermənistana daşınan yüklər Seyid Həsən Amilinin təhdidi barədə

0
(Yenilənib 21:37 24.09.2021)
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatların çox yayılmasına təəssüf edir.

BAKI, 24 sentyabr - Sputnik. İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu günlərdə Culfa-Aslanduz arasında, Azərbaycanla sərhəd boyunca hərbi təlimlərinin keçirilmə səbəbini izah edərkən deyib. 

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib və bu, planlı təlim olub:

"Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz".

Musəvi Ərdəbil məscidinin imamı Seyid Həsən Amilinin Azərbaycanı təhdid edən moizəsi barədə deyib ki, "dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox".

İran səfiri ölkənin "altılıq" (Azərbaycan-Türkiyə-İran-Rusiya-Gürcüstan-Ermənistan) formatına dəstək verdiyini də bildirib. Qeyd edib ki, "bu, bütün region ölkələrinin xeyrinədir". 

"Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm", - səfir deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb:

"Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar.

Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək".

Həmçinin oxuyun:

* Allahşükür Paşazadə: "Ərdəbil kimi qədim, zəngin tarixə malik Azərbaycan şəhəri..."

* Gorus-Qafan yolu yenidən gündəmdə: İran səfiri Bakıda daha bir rəsmi ilə görüşdü

* Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?

0