Azərbaycanda yol qəzalarının sayı azalıb statistika

3261
(Yenilənib 16:17 08.09.2021)
,
Cari ilin ilk altı ayında Azərbaycanda yol-nəqliyyat qəzalarının sayı azalıb. Yollarda avtomobillər az olmasa da, qəzaların sayının azalması ölüm və xəsarət alanların da azalmasına səbəb olub.
© Sputnik / Elnur Salayev

BAKI, 8 sentyabr — Sputnik. Azərbaycanda yol-nəqliyyat qəzalarının sayında azalma müşahidə olunub ki, bu da bir sıra amillərə səbəb olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ilk altı ayda Azərbaycanda yol-nəqliyyat qəzalarının sayı azalıb. Yollarda avtomobillər az olmasa da, qəzaların sayının azalması ölüm və xəsarət alanların azalmasına səbəb olub.

Ancaq əvvəlki kimi qəzaların yarısından çoxu gündüz saatlarında baş verir. Eyni zamanda, yollar boyunca quraşdırılmış çoxsaylı video izləmə kameraları və radarlar sürücülərin daim qaydalara riayət etmələrini izləyirlər. Bu gün yollarda sürət həddini aşmaq, başqa bir qayda pozuntusuna yol vermək və diqqətdən kənarda qalmaq demək olar ki, mümkün deyil. Sükan arxasında hətta bir neçə saniyə ərzində mobil telefonla danışmaq 50 manat cərimə ilə nəticələnə bilər.

Yeri gəlmişkən, yollarda qəza göstəricilərinin azalma tendensiyası iyun ayından sonra da saxlanılıb. Yol polisi bunu Məhərrəm ayında bir çox insanların spirtli içki içməmələri və təntənəli tədbirləri qeyd etməməyi üstün tutmaları ilə izah edib.

Yol qəzalarının statistikası ilə bağlı daha ətraflı məlumat ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

3261
Teqlər:
yol, qəza

Postsovet ölkələrində əhali artımı ilə bağlı vəziyyət

1011
(Yenilənib 12:17 14.09.2021)
Yer kürəsində əhali sıxlığı məsələsi ildən-ilə aktuallaşır. Belə hesab olunur ki, hazırkı yüzilliyin sonunda dünyada insanların sayının yüksək templə artması həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.
İnfoqrafika: Postsovet ölkələrində əhali artımı ilə bağlı vəziyyət
© Sputnik / Elnur Salayev

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına əsasən, XXI əsrin sonlarına yaxın dünya əhalisinin sayı 11 milyard nəfərə çatacaq. O cümlədən, belə hesab olunur ki, gələcək 30 il ərzində Azərbaycanın əhalisi bir milyon nəfər çoxalacaq. Bununla belə, doğum göstəriciləri mütəmadi olaraq aşağı düşür, ömür müddəti isə bir qədər artır.

Hələ ötən əsrin əvvəllərində dünyada cəmi iki milyard insan yaşayırdı. Hazırda planetimizin sakinlərinin sayı 7,9 milyard nəfərə çatıb və bu göstərici artmaqda davam edir.

Bu vəziyyət əhalinin sayı, ətraf mühitin çirklənməsi, həyat keyfiyyətinin aşağı düşməsi, aclıq və münaqişələrə gətirib çıxara bilər. Alimlərin proqnozları ürəkaçan heç nə vəd etmir və bizə gələcək dəyişikliklərə hazır olmağın vacibliyini xatırladır.

Sputnik Azərbaycan-ın infoqrafikasında postsovet ölkələrində əhalinin sayı ilə əlaqədar vəziyyətin necə dəyişdiyi və insanların yaşam müddəti ilə bağlı göstəricilər öz əksini tapıb.

 

1011

Əhalinin COVID pasportuna münasibəti

1558
(Yenilənib 11:06 11.09.2021)
,
Sosial Tədqiqatlar Mərkəzi sentyabrın 1-də ölkədə tətbiq olunan dəyişiklikləri nəzərə alaraq əhali arasında sorğu keçirib. Sorğunun nəticəsi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında geniş şəkildə öz əksini tapıb.
İnfoqrafika: ƏHALİINİN VAKSİNASİYAYA MÜNASİBƏTİ
© Sputnik / Elnur Salayev

Hazırda bütün dünyanı cənginə almış koronavirusla mübarizədə ən optimal variant peyvənd hesab olunur. Ancaq başqa ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında vaksinasiyaya münasibət birmənalı deyil. Bununla belə, sentyabrın 1-də ölkədə peyvənd vurdurmayan şəxslər üçün həyat bir xeyli çətinləşib.

Artıq COVID pasportu olmayanlar "mall"-larda alış-veriş edə bilməz, kafe-restoranların isə yalnız terras və bağçasında oturub nahar etməyə icazə verilir. Bir sıra başqa məhdudiyyətlər də nəzərdə tutulub.

Belə ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarındakı dəyişikliyə görə, bu ilin sentyabr ayının 1-dən etibarən:

– dövlət orqanlarının əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Bu siyahıya mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, bütün elm və təhsil müəssisələri daxildir;

– Sentyabrın 1-dən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir;

– Yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. Bura ictimai iaşə müəssisələri, mehmanxanalar, iri ticarət mərkəzləri aiddir.

Sosial Tədqiqatlar Mərkəzi bu dəyişiklikləri nəzərə alaraq əhali arasında COVID pasportu ilə bağlı sorğu keçirib. Sorğunun nəticəsi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında geniş şəkildə öz əksini tapıb.

1558
Teqlər:
COVID-19, Koronavirus, COVID-19 pasportu
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

12
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

12
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi