Onlayn xidmətlər Azərbaycanda sifariş çatdırılmalar

403
(Yenilənib 14:35 03.09.2021)
Gözlənildiyi kimi, pandemiya dövründə onlayn-xidmətlər həm bütün dünyada, həm də Azərbaycanda bir xeyli məşhurlaşdı. Bəs azərbaycanlılar internetdən daha çox hansı məhsulları sifariş edirlər? Sualın cavabı – Sputnik Azərbaycan-ın infoqrafikasında.
© Sputnik / Elnur Salayev

Pandemiya dövründə tətbiq olunan məhdudiyyətlər gündəlik həyatımıza bir sıra yeniliklər gətirdi. Azərbaycan da bu baxımdan istisna təşkil etmir – ölkə vətəndaşları məsafədən iş və təhsil təcrübəsinin mənimsəməklə yanaşı, məsələn, müxtəlif məhsul və xidmətləri onlayn sifariş etməyə başladılar.

Media Təhlil Mərkəzinin rəy sorğusu göstərib ki, hazırda əksər vətəndaşlar onlayn-çatdırılma xidmətindən istifadə edirlər. Sorğu nəticəsində məlum olub ki, ölkə əhalisinin kifayət qədər çox hissəsi onlayn sifariş və çatdırılma xidmətinə ayda 5 dəfədən çox müraciət etmir. Ölkə əhalisinin bu baxımdan ən fəal qrupu bir ayda 10 dəfə sözügedən xidmətlərdən yararlanır. Amma belə insanların sayı cəmi 7,8% təşkil edir.

Sorğu onu da göstərib ki, restoran və kafelərin çatdırılma xidmətini gücləndirdiyi bir vaxtda əhali onlayn xidmətlərdən daha çox yemək sifarişlərində istifadə etməyə başlayıb. Belə ki, hazırda yeməyi internetdən sifariş edənlərin sayı 41,6% təşkil edir. Marketə getmək əvəzinə qida məhsullarını internetdən sifariş edənlər isə 4,2 faizdir. Bir sözlə, rəyi soruşulanların təxminən yarısı onlayn-xidmətlərə yemək və qida məhsullarının sifarişi üçün baş vurur.

Ölkə əhalisinin başqa hansı məhsulları sifariş etdikləri və bu zaman daha çox hansı üsuldan yararlandıqları barədə geniş məlumat Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

403

Cəbiş müəllim Süleyman Ələsgərov haqqında - "Qarabağ inciləri" silsiləsindən

623
Cəbiş müəllim Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi təkrarolunmaz bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri olmuş Süleyman Ələsgərov haqqında danışır.

Görkəmli bəstəkar və ictimai xadim Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada anadan olub.

Azərbaycan musiqi tarixində və inkişafında istedadlı dirijor, tanınmış pedaqoq və ictimai xadim, professor Süleyman Ələsgərov özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan peşəkar musiqi tarixinin parlaq səhifəsini təşkil edir.

Musiqişünasların fikrincə, Süleyman Ələsgərov musiqisi üçün şən, sevindirici əhval-ruhiyyə, emosionallıq, fikrin səmimiyyəti xasdır. Xalq yaradıcılığına xas olan intonasiyalardan, ritmlərdən geniş istifadə edən bəstəkar folklor sənətinin təkraredilməzliyini, orijinallığını öz əsərlərində səmimi şəkildə ifadə edə bilmişdi.

Bəstəkar 2 operanın, 12 musiqili komediyanın, 2 simfoniyanın müəllifi olmaqla yanaşı, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, 200-ə qədər mahnı və romansların müəllifidir.

Azərbaycan Dövlət Konservatoriyasında məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alarkən o, Sovet Ittifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr olunmuş simfonik poema, “Məhəbbət gülü” musiqili komediyasını, simli kvartet, skripka, violonçel və fortepiano üçün trio, “Xatirə” əsərlərini yazır.

Süleyman Ələsgərovun violonçel, fortepiano və simfonik orkestr üçün yazdığı ikili konsert onun yaradıcılığında müstəsna yer tutur. Bu əsər milli konsert janrının təşəkkülündə və inkişafında müəyyən mərhələ rolunu oynayıb.

Bəstəkarın yaradıcılığında mahnılarla yanaşı, romanslar da xüsusi yer tutur. Onun romanslarının çoxu Azərbaycan klassiklərinin şeir və qəzəllərinə yazılmışdır.

Süleyman Ələsgərovun 12 musiqili komediyası Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş və bəstəkara şöhrət gətirmişdir. Bu səhnə əsərlərində o, dahi Üzeyir Hacıbəyovun musiqili komediya ənənələrini öz yaradıcılığında davam etdirmişdir.

Sonralar bir-birinin ardınca gələn “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Hərənin öz ulduzu” və sairə musiqili komediyaları bəstəkarın bu sahədə böyük yaradıcılıq imkanlarının göstəricisidir.

Onun musiqili komediyaları arasında “Ulduz” daha çox məşhurdur. “Ulduz” ilk dəfə 1948-ci ildə tamaşaya qoyulub. 1965-ci ildə “Ulduz” Moskvanın Kreml Teatrında göstərilib. Bu musiqili komediya 11 dilə tərcümə edilib. 1964-cü ildə isə bu əsər Azərbaycan Kinostudiyasında ekranlaşdırılıb.

Bəstəkarın yaradıcılığının mühüm hissəsini Azərbaycan xalq çalğı alətləri orkestri üçün əsərlər təşkil edir. Ümumiyyətlə, Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlər arasında xüsusi yeri məhz Süleyman Ələsgərovun əsərləri tutur.

Bir müddət Azərbaycan xalq çalğı alətləri orkestrinin dirijoru vəzifəsində işləməsi bəstəkara xalq çalğ alətlərinin spesifik xüsusiyyətlərini əsaslı surətdə öyrənməyə kömək etmiş, onun müxtəlif janr və formalarda olan orkestr əsərləri, tar, kamança, balaban, qanun, saz üçün əsərlər yaratmasına təkan vermişdir.

Süleyman Ələsgərov 1957-ci ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 20 ildən artıq bir dövrdə “Xalq musiqisi”, sonra isə “Xalq çalğı alətləri” kafedrasının müdiri olmuşdur. Ömrünün son illərində Süleyman Ələsgərov Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının professoru, Akademiyanın Şuşa filialının direktoru vəzifəsində çalışmışdır.

Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.

623
Teqlər:
Cəbiş müəllim, infoqrafika, videoinfoqrafika, mədəniyyət, bəstəkar, Şuşa

Azərbaycanlıların İcbari Tibbi Sığortaya münasibəti

2243
(Yenilənib 15:01 21.09.2021)
Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqindən yarım ildən çox vaxt keçir. Bununla belə, vətəndaşlar xəstəxanalarda bəzi tibbi manipulyasiyalara görə pul ödəməli olduqlarını bildirirlər.
İnfoqrafika: Əhalinin icbari tibbi sığortaya münasibəti
© Sputnik / Elnur Salayev

 

Azərbaycanlılar İcbari Tibbi Sığorta (İTS) haqqı ödəsələr də, buna paralel olaraq aldıqları tibbi xidmətlər müqabilində ödəniş etməli olurlar. Media Təhlil Mərkəzinin əhali arasında keçirdiyi rəy sorğusu da bunu təsdiqləyir. Halbuki təyinatına görə həmin xidmətlər əhaliyə pulsuz göstərilməlidir.

Bu dəfə sosial sorğuda 1100-dən çox respondent iştirak edib ki, onların çox hissəsini də qadınlar təşkil edib – 56,5%.

Məlumdur ki, 2021-ci ilin aprel ayının 1-dən Azərbaycanın bütün ərazisində İTS-nin tətbiqinə başlanılıb. Rəyi soruşulanların üçdə biri ümid edir ki, səhiyyə sistemində aparılan islahatlar, nəhayət, tibbi xidmətlərin keyfiyyətinin artmasına gətirib çıxaracaq.

Təxminən elə bu qədər insanı isə hazırda yerli xəstəxanalarda hökm sürən vəziyyət qane etmir. Əhali İTS paketinə daxil olan tibbi xidmətlərdən istifadə etsə də, sorğunun nəticəsinə əsasən, respondentlərin 67,5%-i onlara göstərilən xidmətə görə haqq ödəyir.

Sorğunun nəticəsi ilə bağlı daha geniş məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.

2243
Teqlər:
infoqrafika, icbari tibbi sığorta
Heydər Əliyev Mərkəzinin üzərində Azərbaycan bayrağı proyeksiya olunub

Heydər Əliyev Mərkəzi "Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub

0
Bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.

BAKI, 27 sentyabr — Sputnik. Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Axşam saatlarında başlayan tədbir çərçivəsində xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və "Alov qüllələri"nin üzərində Azərbaycan bayrağı əks olunub.

  • "Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub
    © Photo : APA
  • Heydər Əliyev Mərkəzinin üzərində Azərbaycan bayrağı proyeksiya olunub
    © Sputnik / Murad Orujov
1 / 2
© Photo : APA
"Alov qüllələri" üzərində Azərbaycan bayrağı proyeksiya olunub

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Şəhidlərimiz qürurumuzdur" adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib. Aksiyada "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri uçurdublar.

0