Karantin rejimində toy

565
(Yenilənib 12:17 09.08.2021)
Pandemiya ilə bağlı tətbiq olunan bütün məhdudiyyətlərə baxmayaraq, azərbaycanlılar toy mərasimlərindən imtina etmək fikrində deyillər, hətta icbari qaydada vaksinasiya belə insanları toyda iştirakdan çəkindirmir.
© Sputnik / Elnur Salayev

Koronavirus pandemiyası hər bir azərbaycanlının gündəlik həyatına və məişətinə öz təsirini göstərib. Uzunmüddətli qadağadan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən müəyyən məhdudiyyətlərlə toy mərasimlərinin və digər şənliklərin keçirilməsinə icazə verib.

Belə ki, dəvət olunmuş qonaqların sayı 50 nəfərdən çox olarsa, toyun keçirilməsi üçün dövlət portalından icazə almaq tələb olunur. Bunun üçün hakimiyyət orqanlarını toy tarixindən beş gün əvvəl məlumatlandırmaq, mərasimin keçiriləcəyi yer və qonaqların tam siyahısını təqdim etmək lazım gəlir.

Bununla yanaşı, qonaqların sayı 150 nəfərdən artıq olmamalıdır. Halbuki pandemiyaya qədər Azərbaycanda keçirilən toy mərasimlərində minimum bir neçə yüz qonaq iştirak edirdi.

Ancaq bu məhdudiyyətlər milli adət-ənənələr və mərasimlərə böyük əhəmiyyət verən azərbaycanlıların gözünü qorxutmur. Bəzilər isə vəziyyətdən çıxış yolunu toyu iki mərhələdə keçirməkdə görür.

Bütün bu dəyişikliklərlə yanaşı, indi toylarda yalnız koronavirusa qarşı peyvənd olunmuş şəxslər iştirak edə bilər. Qonaqlar, hətta bəylə gəlin də toyxanaya girməmişdən əvvəl ya peyvənd olunduqlarını göstərən, ya da koronavirusa yoluxub sağaldıqlarını təsdiqləyən sənədi təqdim etməlidirlər.

Media Təhlil Mərkəzi mövzunun aktuallığını nəzərə alaraq insanların yeni qaydalar əsasında toylarda iştiraka münasibətini müəyyənləşdirmək üçün sorğu keçirib. Sorğunun nəticələri ilə Sputnik Azərbaycanın xüsusi infoqrafikasından tanış ola bilərsiniz.

565

Yol hərəkəti qaydalarına riayət edilməsi pozuntuların səbəbləri

11
(Yenilənib 18:14 17.09.2021)
Polisin bütün səylərinə baxmayaraq, Azərbaycanda yol-nəqliyyat hadisələri azalmır. Bütün bunlar ölkə əhalisinin artması və nəticədə nəqliyyat vasitələrinin sayının artması fonunda baş verir.
İnfoqrafika: Yol hərəkəti qaydaları
© Sputnik / Elnur Salayev

 

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda yollarda baş verən vəziyyət və çoxsaylı qəzaların səbəbləri ilə bağlı müzakirələr, yəqin ki, heç vaxt bitməyəcək.

Avtomobil sürcüləri və piyadalar kimin daha çox günahkar olduğu ilə bağlı mübahisə edirlər: sürücülər yolu keçən insanların məsuliyyətsizliyindən narazıdırlar, piyadalar isə avtomobil sahiblərini yol hərəkəti qaydalarını bilməməkdə günahlandırırlar.

Polisin bütün səylərinə baxmayaraq, Azərbaycanda yol-nəqliyyat hadisələri azalmır. Bütün bunlar ölkə əhalisinin artması və nəticədə nəqliyyat vasitələrinin sayının artması fonunda baş verir. Yollarda baş verən qəzaların səbəbləri çoxdan yaxşı araşdırılsa da, sürücülər və piyadalar arasında kimin daha çox günahkar olduğunu öyrənmək hələ də mümkün deyil. Xüsusilə ona görə ki, hər iki tərəf bir-birinə qarşı ittihamlar irəli sürür.

Media Təhlil Mərkəzi və Azərbaycan Avtomobil Federasiyası yerli əhali arasında sorğu keçirib məsələ ilə bağlı keçirib. Sorğuda 505 nəfər iştirak edib. Maraqlı fakt ondadır ki, respondentlərin əksəriyyəti, yəni 79%-i sürücüləri sistemli şəkildə yol hərəkəti qaydalarını pozmaqda günahlandırıblar. Qalan 21% -i isə özləri bütün yol hərəkəti qaydalarına riayət etdiklərini bildiriblər.

Sorğunun nəticələri ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan infoqrafikasında tanış ola bilərsiniz.

11
Teqlər:
yol hərəkəti

Postsovet ölkələrində əhali artımı ilə bağlı vəziyyət

1645
(Yenilənib 12:17 14.09.2021)
Yer kürəsində əhali sıxlığı məsələsi ildən-ilə aktuallaşır. Belə hesab olunur ki, hazırkı yüzilliyin sonunda dünyada insanların sayının yüksək templə artması həyat keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq.
İnfoqrafika: Postsovet ölkələrində əhali artımı ilə bağlı vəziyyət
© Sputnik / Elnur Salayev

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına əsasən, XXI əsrin sonlarına yaxın dünya əhalisinin sayı 11 milyard nəfərə çatacaq. O cümlədən, belə hesab olunur ki, gələcək 30 il ərzində Azərbaycanın əhalisi bir milyon nəfər çoxalacaq. Bununla belə, doğum göstəriciləri mütəmadi olaraq aşağı düşür, ömür müddəti isə bir qədər artır.

Hələ ötən əsrin əvvəllərində dünyada cəmi iki milyard insan yaşayırdı. Hazırda planetimizin sakinlərinin sayı 7,9 milyard nəfərə çatıb və bu göstərici artmaqda davam edir.

Bu vəziyyət əhalinin sayı, ətraf mühitin çirklənməsi, həyat keyfiyyətinin aşağı düşməsi, aclıq və münaqişələrə gətirib çıxara bilər. Alimlərin proqnozları ürəkaçan heç nə vəd etmir və bizə gələcək dəyişikliklərə hazır olmağın vacibliyini xatırladır.

Sputnik Azərbaycan-ın infoqrafikasında postsovet ölkələrində əhalinin sayı ilə əlaqədar vəziyyətin necə dəyişdiyi və insanların yaşam müddəti ilə bağlı göstəricilər öz əksini tapıb.

 

1645
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiyanın hərbi gəmiləri Bakıda

9
(Yenilənib 12:19 18.09.2021)
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
  • Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
    © Sputnik / Murad Orujov
1 / 2
© Sputnik / Murad Orujov
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: "Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik".

Eləcə də oxuyun:

9
Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri