Azərbaycanda işləyən vətəndaşların yaş nisbəti necədir

33
(Yenilənib 16:15 16.07.2021)
İş insanın cövhəridir, buna heç kim şübhə etmir, ancaq işçinin əməyinin qanun çərçivəsində qiymətləndirilməsi də mühüm məsələlərdən biri hesab olunur. Sputnik Azərbaycanın infoqrafikasında ölkədə işçilərin yaş qrupları üzrə nisbəti öz əksini tapıb.
İnfoqrafika: Azərbaycanda əmək müqavilələrinin elektron sistemi
© Sputnik / Elnur Salayev

İş insanın cövhəridir, buna heç kim şübhə etmir, ancaq işləyənlərin əməyinin qanun çərçivəsində qiymətləndirilməsi də mühüm məsələlərdən biri hesab olunur. Sputnik Azərbaycanın infoqrafikasında ölkədə işləyənlərin yaş qrupları üzrə nisbəti öz əksini tapıb.

Uzun illər Azərbaycanda işçilərlə işəgötürənlər arasındakı münasibətlərin rəsmiləşdirilməsi sahəsində problemlər müşahidə olunub: necə deyərlər, bir-birinin əlini sıxaraq şifahi razılığa gəliblər, ortada nə sənəd olub, nə də sübut. Aydın məsələdir ki, bu halda işləyənlərin hüquqlarının müdafiəsindən söhbət gedə bilməzdi. Ancaq əmək müqavilələrinin elektron qeydiyyatı sistemi işə salınandan və yerlərdə əmək müqavilələrinin mövcud olub-olmadığı ilə bağlı vaxtaşırı aparılan yoxlamalardan sonra ölkədə vəziyyət xeyli dəyişib.

2021-ci il iyun ayının sonlarına kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri" altsistemində 1,7 milyon müqavilə qeydiyyatdan keçirilib. Nazirlik həmin müqavilələrin analizini apararaq bunun əsasında işçilərin yaş qrupları üzrə nisbətini müəyyənləşdirib. Nə qədər qəribə də olsa, belə məlum olub ki, işəgötürənlər arasında hətta 16 yaşdan aşağı şəxslərlə əmək müqaviləsi bağlayanlar da olub.

Bu və digər maraqlı məqamlar Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.

33

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü

19
(Yenilənib 00:54 17.07.2021)
Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü ilə ətraflı şəkildə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: AR iqtisadi rayonlarının yeni bölgüsü
© Sputnik / Elnur Salayev

Prezident İlham Əliyev iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib. Regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

"Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir", - fərmanda deyilir.

Sözügedən fərmanla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü təsdiq edilib. Həmin bölgü ilə ətraflı şəkildə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

19
Teqlər:
bölgü, rayon, iqtisadi, Azərbaycan

Pandemiya Azərbaycanda səyahət yay istirahətləri planına necə təsir edir?

18
(Yenilənib 11:04 22.07.2021)
Pandemiyanın Azərbaycanda səyahət və yay istirahətləri planına necə təsir etdiyi ilə bağlı daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: Pandemiya Azərbaycanda səyahət və yay istirahəti planlarına necə təsir edir
© Sputnik / Elnur Slaayev

Media Təhlil Mərkəzi karantin şərtlərinin yumşaldıldığını nəzərə alaraq, 12-16 iyun tarixlərində insanların yay istirahəti ilə bağlı planlarını öyrənmək və pandemiyanın səyahət planlarına təsirini müəyyənləşdirmək üçün sorğu keçirib.

Sorğuda iştirak edən 760 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.

İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 47,5%-nin yay ayları üçün istirahət planı yoxdur. Cavab verənlərin 36,7%-i bölgələrə, 8%-i xarici ölkəyə səyahət edəcəyini bildirsə də, 7,8%-i isə yayı bağ evində keçirəcəyini qeyd edib.

Sorğuya əsasən, insanların daha çox hansı bölgələrdə istirahətə üstünlük verdiyini müəyyənləşdirmək mümkün olub. Rəyi soruşulanların 33%-i Lənkəranda, 32%-i isə Şəki-Zaqatala bölgəsində iatirahətə üstünlük verir.

Cavab verənlərin 35%-i dost və ya qohumuna məxsus avtomobillə ölkə daxilində səyahət etdiklərini söyləyiblər. Bölgələrə şəxsi maşını ilə gedənlər cavab verənlərin 29%-ni təşkil edib.

Pandemiyanın Azərbaycanda səyahət və yay istirahətləri planına necə təsir etdiyi ilə bağlı daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

18
Teqlər:
Azərbaycan, infoqrafika, sorğu, pandemiya, istirahət, səyahət
Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda son sutkada 386 nəfər COVID-19-a yoluxub