Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın palçıq vulkanları: Faktlar və rəqəmlər

Abunə olmaq
Ölkəmizdəki palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. 

2021-ci ilin 4 iyununda Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu istiqamətində sahildən təqribən 30 kilometr məsafədə Daşlı adasında palçıq vulkanının püskürməsi faktı aşkar olunub.

Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb. Ölkəmizdəki palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. 

Palçıq vulkanlarının yaranma səbəbləri barədə alimlər müxtəlif cür düşünürlər. 
Alman geoloqu Herman Abixin fikrincə, palçıq vulkanları səthə çıxmaq üçün lazım olan istilik enerjisini maqmadan, brekçiya əmələ gətirən qırıntı süxurlarını yarılma zonasından, suyu dənizdən, qazı bitumlu süxurlardan, lazım olan impulsları isə zəlzələlərdən alır.

Digər geoloq – alimlər palçıq vulkanlarının əsas yaranma səbəbini qırışlar, boşluqlar və çatların yaranması və inkişafı ilə əlaqələndirirlər. Neftçi – geoloqların fikrincə isə palçıq vulkanları neft yataqlarında toplanmış karbohidrogen qazlarının ifrat təzyiqi nəticəsində yaranır. 

Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin — əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.

Ölkəmizdəki palçıq vulkanları haqqında daha geniş Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

Həmçinin oxuyun:

* Xəzər seysmoloji aktivlik müşahidə olunur: Vulkanın ardınca zəlzələ baş verib

* Xəzərə helikopter göndərildi: Rəsmi qurumlar partlayışla bağlı ən son məlumatı açıqladılar

* Xəzərdə partlayış: Bu anadək nə məlumdur

 

Xəbər lenti
0