Azərbaycanda digər ölkələrdə əhaliyə düşən polis məmurlarının sayı

911
(Yenilənib 14:54 02.07.2021)
Ölkə daxilində asayişin qorunması – polislərin üzərinə düşən çətin və şərəfli işdir. Sputnik Azərbaycan bu sahədə çalışanların peşə bayramı münasibətilə dünyanın müxtəlif dövlətlərində polislərin sayı ilə bağlı maraqlı infoqrafik material hazırlayıb.
İnfoqrafika: Azərbaycanda DİN işçiləri günü
© Sputnik / Elnur Salayev

Heç bir ölkədə ictimai asayişi qorumadan vətəndaşların normal yaşamasını təmin etmək mümkün deyil. Azərbaycan polisinin yaşı 100 ili keçib. Bu tarix 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikası ilə sıx bağlıdır. Respublikanın elan olunmasınan təxminən bir ay sonra polis orqanlarının yaradılması barədə sənəd qəbul edilib.

Ötən əsrin əvvəllərində, məhz 2 iyul tarixində - polis haqqında fərmanın qəbul edildiyi gün Azərbaycanda polis işçilərinin peşə bayramı kimi qeyd olunur.

Sputnik Azərbaycan bu gün münasibətilə xüsusi infoqrafik material hazırlayıb. İnfoqrafikada dünyanın müxtəlif ölkələrində poliş işçilərinin sayının əhali sayına nisbəti öz əksini tapıb.

Maraqlıdır ki, Azərbaycanla yaxşı qarşılıqlı münasibətlərə malik olan Belarus bu göstəriciyə görə birinci yeri tutur. Ümumilkdə isə inforqafikada dünyanın müxtəlif bölgələrində yer alan 21 dövlətin güc strukturları ilə bağlı məlumatlar öz əksini tapıb.

911

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü

42
(Yenilənib 00:54 17.07.2021)
Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü ilə ətraflı şəkildə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: AR iqtisadi rayonlarının yeni bölgüsü
© Sputnik / Elnur Salayev

Prezident İlham Əliyev iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib. Regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

"Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir", - fərmanda deyilir.

Sözügedən fərmanla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü təsdiq edilib. Həmin bölgü ilə ətraflı şəkildə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

42
Teqlər:
bölgü, rayon, iqtisadi, Azərbaycan

Pandemiya Azərbaycanda səyahət yay istirahətləri planına necə təsir edir?

20
(Yenilənib 11:04 22.07.2021)
Pandemiyanın Azərbaycanda səyahət və yay istirahətləri planına necə təsir etdiyi ilə bağlı daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: Pandemiya Azərbaycanda səyahət və yay istirahəti planlarına necə təsir edir
© Sputnik / Elnur Slaayev

Media Təhlil Mərkəzi karantin şərtlərinin yumşaldıldığını nəzərə alaraq, 12-16 iyun tarixlərində insanların yay istirahəti ilə bağlı planlarını öyrənmək və pandemiyanın səyahət planlarına təsirini müəyyənləşdirmək üçün sorğu keçirib.

Sorğuda iştirak edən 760 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.

İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 47,5%-nin yay ayları üçün istirahət planı yoxdur. Cavab verənlərin 36,7%-i bölgələrə, 8%-i xarici ölkəyə səyahət edəcəyini bildirsə də, 7,8%-i isə yayı bağ evində keçirəcəyini qeyd edib.

Sorğuya əsasən, insanların daha çox hansı bölgələrdə istirahətə üstünlük verdiyini müəyyənləşdirmək mümkün olub. Rəyi soruşulanların 33%-i Lənkəranda, 32%-i isə Şəki-Zaqatala bölgəsində iatirahətə üstünlük verir.

Cavab verənlərin 35%-i dost və ya qohumuna məxsus avtomobillə ölkə daxilində səyahət etdiklərini söyləyiblər. Bölgələrə şəxsi maşını ilə gedənlər cavab verənlərin 29%-ni təşkil edib.

Pandemiyanın Azərbaycanda səyahət və yay istirahətləri planına necə təsir etdiyi ilə bağlı daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

20
Teqlər:
Azərbaycan, infoqrafika, sorğu, pandemiya, istirahət, səyahət

Bu gün I ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək

188
(Yenilənib 08:30 27.07.2021)
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.

BAKI, 27 iyul — Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata əsasən, 19184 abituriyentin iştirakı nəzərdə tutulan imtahanlar 11 şəhər və rayonda - Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Qeyd edək ki, iyulun 27-28-də imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi ayrılıb. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

188