Azərbaycan musiqisinin Bülbülü: Cəbiş müəllim məşhur sənətkarı yad etdi

921
(Yenilənib 10:13 25.05.2021)
"Cəbiş müəllim" layihəsi Sputnik Azərbaycanın oxucularına əslən ölkəmizin Qarabağ bölgəsindən olan görkəmli şəxsiyyətlərindən danışmağa davam edir. Bu dəfə söhbət Bülbüldən gedəcək.

 

Sovet və Azərbaycan opera müğənnisi, musiqişünas-folklorşünas, müəllim, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, Azərbaycan milli musiqi teatrının yaradıcılarından biri – bütün bu titullar tamaşaçıların yaddaşına Bülbül adı ilə həkk olunmuş Murtuza Məşədi Rza oğlu Məmmədova aiddir.

Onu hələ gənc yaşlarından qeyri-adi səs tembri və xüsusi ifa manerasına görə bu adla çağırmağa başlayıblar.

O, muğam ifaçısı-xanəndəlikdən opera müğənniliyinə kimi böyük bir yaradıcılıq yolu keçib.

Bülbül, spesifik şərq müğənniliyindən Avropa musiqi tərzinə adlayan və Azərbaycan muğam məktəbini Rusiya, Avropa ifaçılıq məktəbləri ilə sintez edərək ölkəmizdə musiqi sahəsində sonradan Cənubi Qafqaz, Orta Asiya ölkələri, eləcə də, Yaxın və Orta Şərqdə müğənnilik sənətinin inkişafına müsbət təsir göstərən yeni bir məktəb yaratmış ilk vokal ustasıdır.

Gələcək xanəndənin uşaqlıq illəri Şuşa şəhərində keçib, o, yaradıcılıq yolunu məhz burada seçərək ifaçı kimi formalaşıb.

Və nəhayət, Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra bir vaxtlar bütün Qafqazda məşhur olan "Xarı Bülbül" festivalı yenidən Şuşaya qayıtdı. Yenə Cıdır düzündə muğam səsləndi, bu misilsiz xanəndənin sədası eşidildi - təşkilatçılar mədəniyyət və incəsənət xadimlərinin çıxışları arasında Bülbül də daxil olmaqla, əfsanəvi Azərbaycan müğənnilərinin ifasından ibarət videoçarxlar təqdim etdilər.

Eləcə də oxuyun: 

* Bizim Cəbiş müəllim Qarabağın inciləri haqda: Xan Şuşinski fenomeni - VİDEO

* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

* Mərhum xanəndənin Ağdamda məzarı tapılıb

* Hamının qəlbinə yol tapan İslam - "Dağı-daşı dilə gətirirdi"

 

921
Teqlər:
Cəbiş müəllim, Qarabağ, xanəndə, Şuşa, Bülbül

Azərbaycan Milli Qurtuluş Gününü bayram edir

1131
(Yenilənib 12:34 15.06.2021)
Vətənin daxili qarşıdurmadan və dağılmaqdan xilasının rəmzi kimi Azərbaycan xalqının yaddaşında qalacaq gün haqda vacib məqamlar Sputnik Azərbaycan-ın infoqrafikasında.
İnfoqrafika: Milli Qurtuluş günü
© Sputnik / Elnur Salayev

Hər il iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Düz 28 il əvvəl bu gün Azərbaycanın Ali Sovetinə dahi lider Heydər Əliyev rəhbərlik etməyə başlayıb. Ölkənin yeni tarixindəki ən mürəkkəb məqamda o, xalqın tələbi ilə hakimiyyətə qayıdıb.

90-cı illərin əvvəllərində müstəqillik qazandıqdan sonra Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyət qeyri-sabit idi. Bir tərəfdən müharibə, digər tərəfdən hakimiyyəti ələ almağa cəhd edənlərin daxili qarşıdurması respublikanın dağılması və suverenliyin itirilməsi təhlükəsini yaradırdı.

Azərbaycana yenidən Heydər Əliyev rəhbərlik etməyə başlayandan sonra separatçılığa son qoyuldi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və respublika yenidən inkişaf və çiçəklənmə dövrünə qədəm qoydu.

1131

Bakıda AVRO-2020 oyunları

1429
(Yenilənib 08:55 12.06.2021)
Bakı koronovirus pandemiyası səbəbindən təxirə salınan 2020-ci il Avropa çempionatının dörd oyununa ev sahibliyi edəcək.
İnfoqrafika: Bakıda AVRO-2020 oyunları
© Sputnik / Elnur Salayev

AVRO-2020 dörd oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Onlardan üçü "A" qrupu oyunlarıdır və İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) komandaları arasında baş tutacaq. Azərbaycanın paytaxtı, eləcə də, iyulun 3-də AVRO-2020-nin 1/4 final oyununa ev sahibliyi edəcək.

Qeyd edək ki, bir qədər bundan əvvəl Bakıda keçirilən AVRO-2020 oyunlarının təşkilat komitəsi və AR Nazirlər Kabineti yanında Operativ Qərargah Avropa çempionatı oyunları vaxtı Bakı Olimpiya Stadionundakı yerlərin 50%-nin tutulacağına zəmanət verib.

Bakıda keçirilən AVRO-2020 oyunlarının xarici ölkələrdən olan azarkeşləri UEFA-dan bilet aldıqları və akkreditasiyadan keçdikləri təqdirdə Heydər Əliyev Hava Limanında sadələşdirilmiş qaydada viza ala bilir. AVRO-2020 oyunlarına bilet satışı mayın 15-dən başlayıb. Son məlumatlara görə, ümumilikdə 44 min bilet satılıb. İsveçrə və Uels komandaları arasında keçiriləcək ilk oyuna 6 min bilet satmaq mümkün olub. Türkiyə və Uels yığma komandalarının qarşılaşacağı ikinci oyuna isə 18 min bilet satılıb. Azarkeşlər Türkiyə və İsveçrə komandaları arasında baş tutacaq 1/4 final oyununa daha böyük maraq göstərərək 20 min bilet əldə ediblər.

1429
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

51
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

51