* AZƏRBAYCAN *

Yol qəzalarında piyadaların əsas ölüm səbəbi

1724
(Yenilənib 14:42 19.05.2021)
Son aylar ərzində respublikanın yollarında baş verən avtomobil qəzalarının sayında azalma tendensiyası müşahidə olunsa da, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrini sayı artıb.
İnfoqrafika: Azərbaycanda qəzalların statistikası
© Sputnik / Elnur Salayev

Azərbaycanda yol-nəqliyyat hadisələrinin statistikası azalmağa meyllidir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin yanvar-mart ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə qəzaların sayı 10,7% azalıb.

Yollarda baş verən qəzaların sayı azalsa da, ilin əvvəlindən bu yana 376 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qeyd etmək lazımdır ki, 2020-ci ilin birinci rübündə qəzaların sayı 421-ə qədər yüksəlmişdi.

Rəqəmlərdəki fərqə baxmayaraq, hadisələrin mahiyyəti dəyişməyib. Belə ki, əksər hallarda minik avtomobilləri qəzaya uğrayır və bu hadisələr də əsasən sutkanın qaranlıq saatlarında baş verir.

Bununla belə, hadisələrin bir qismi də alatoran vaxtı qeydə alınıb. Üstəlik, sutkanın həmin vaxtında baş verən qəzalarda ölüm halları daha çox olub. Bunu yol hərəkəti üzrə mütəxəssislər də təsdiqləyirlər.

Artıq uzun illərdir ki, yolların lazımi şəkildə işıqlandırılmaması ilə bağlı həyəcan təbili çalınır. Çünki sürücülərin yolu yaxşı görə bilməməsi piyadaların vurulması ilə nəticələnir.

2021-ci ildə yol qəzalarının 37,8%-i nəqliyyat vasitələri və piyadaların iştirakı ilə baş verib. Qalan hadisələrin 38,3%-i birdən çox nəqliyyat vasitəsi, 23,9%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə törədilib.

Yol qəzalarının daha ətraflı statistikası Sputnik Azərbaycanın infoqrafikasında öz əksini tapıb.

1724
Teqlər:
infoqrafika, sürücülər, ölüm, piyada, qəza, yol

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

1736
Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək.
İnfoqrafika: Azərbaycanda toyların keçirilməsinə icazə verildi
© Sputnik / Elnur Salayev

Toy – çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, hakimiyyət qurumlarının onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəkləri günü gözləyirdilər.

Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək. Belə ki, hökumət toyların keçirilməsinə dair tələb və qaydalarla bağlı bütöv bir siyahı açıqlayıb.

Sputnik Azərbaycan özünə toy çaldırmaq və ya bu mərasimdə iştirak etmək istəyənlər üçün ən vacib məqamları xüsusi infoqrafikada toplayıb. Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.

1736

Azərbaycanlılar pullarını nəyə xərcləyirlər

3770
(Yenilənib 12:02 21.06.2021)
Azərbaycan vətəndaşları öz qazanclarını nəyə xərcləyirlər, ölkədə orta aylıq əməkhaqqının 500 manat olduğu bir vaxtda pula qənaət edə bilirlərmi – bu və digər sualların cavabı Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.
İnfoqrafika: Aylıq gəlirlərimizə əsasən xərclərimizi tənzimləyə bilərikmi?
© Sputnik / Elnur Salayev

Pul əl çirkidir – bu ifadə hamımıza yaxşı tanışdır, ancaq heç kim pulun çoxluğundan şikayətlənməz. Bəs görəsən, Azərbaycan vətəndaşları pula qənaət edə bilirlərmi? Yaxud qazandıqları pulları nəyə sərf edirlər? Əhali arasında keçirilən sosial sorğu zamanı bu suala cavab axtarılıb.

İnsanlara gəlirləri barədə sual vermək bir qədər qeyri-etik hərəkət hesab olunsa da, sorğuya cəlb olunmuş respondentlər bu suala dürüstlüklə cavab veriblər. Nəticədə məlum olub ki, rəyi soruşulanların 62%-nin aylıq əməkhaqqı 500 manatı keçmir.

Təxminən elə bir bu qədər insan (64%) isə bəyan edib ki, onların aylıq qazancı 500 manata belə gəlib çatmır.

Pula qənaətə gəlincə, məlum olub ki, rəyi soruşulanların 17%-i aylıq qazancından kənara bir qəpik də ata bilmir.

Azərbaycanlıların gəlir və xərcləri barədə daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında öz əksini tapıb.

3770
Teqlər:
azərbaycanlılar, xərclər, pul, infoqrafika
İmtahan, arxiv şəkli

Tərsinə fenomen: iki məktəb niyə hər kəsi məyus edib?

3
Bakıda iki məktəbin heç bir məzunu ali məktəbə qəbul ola bilməyib. Sputnik Azərbaycan bunun səbəbini araşdırıb.

 

BAKI, 24 iyun — Sputnik. Bakıda iki orta ümumtəhsil müəssisəsindən ötən tədris ilində ali məktəbə bir məzun belə qəbul ola bilməyib. Dövlət İmtahan Mərkəzinin yaydığı xəbərə görə, bunlar 185 saylı və 105 saylı tam orta məktəblərdir. Bu məlumat sosial platformadakı təhsil qruplarında da geniş müzakirəyə və tənqidə səbəb olub. Sosial şəbəkə istifadəçiləri həmin məktəblərin rəhbərliyini və pedaqoji heyətini yaxşı təhsil verməməkdə günahlandıraraq tənqid ediblər.

Sputnik Azərbaycan ötən il ali məktəbə bir məzunu belə qəbul ola bilməyən məktəblərlə əlaqə saxlayaraq bunun səbəbini araşdırıb.

Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 185 saylı orta məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbin direktoru Esmira Rzaquliyeva məzuniyyətdə olduğundan bu suala cavab verə bilmir. Amma özünü məktəbin müəllimi kimi təqdim edən şəxs ötən il məzunların heç birinin ali məktəbə qəbul ola bilməməsinin səbəbini şagird sayının az olması ilə izah etdi. O bildirdi ki, əvvəlki illərdə məktəbin ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək bal toplayaraq fərqlənən məzunları olub. Amma son illər məzun sayı azaldığından, ali məktəblərə qəbulla bağlı bu cür mənzərə yaranıb.

Ələtin Şıxlar massivində yerləşən 105 saylı məktəbin direktor əvəzi Mənsim Hacıyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən il məktəbin 11 məzunu olub. Onlardan üç nəfəri ali məktəbə sənəd verib. Bir məzun ödənişli universitetə qəbul olduğundan oxumaqdan imtina edib:

"Yerdə qalan yaxşı oxuyan şagirdlərimiz isə 9-cu sinifdən kolleclərə qəbul olublar. Amma əvvəlki illərdə ali məktəblərə qəbul olan şagirdlərimiz olub. Bu il 12 məzunumuz var. Onlardan 5 nəfəri ali məktəbə sənəd verib. Bizim məktəbin 2016-cı ildən bu tərəfə 105 bal toplayan məzunları olub. Bu rəqəm artmaqda davam edir. Fənn olimpiadalarında bizim dörd şagirdimiz yarımfinala çıxıb. Ümumilikdə məktəbdə məzun sayı azdır. Məzun sinifləri tək-təkdir. Növbəti ildən paralel siniflərdə məzun sayı artacaq. Ümid edirik ki, ali məktəbə qəbul olan məzunlarımız olacaq. Məktəbdə dərs deyən eyni müəllimlərdir. Buna görə birmənalı olaraq məktəbi günahkar çıxartmaq düzgün deyil", - deyə M.Hacıyev bildirib.

Qeyd edək ki, 2018-ci ildə keçirilən qəbul imtahanlarında Bakı şəhəri 140 saylı tam orta məktəbin bir abituriyenti belə, ali təhsil müəssisəsinə qəbul ola bilməmişdi.

Eləcə də oxuyun:

  • Təhsil Nazirliyi "Məzun günü" ilə bağlı qərar verib

  • "Azərbaycan dili" fənni üzrə ikinci imtahan keçiriləcək

  • Yüksək bal toplayan abituriyentlərlə bağlı statistik göstəricilər açıqlanıb

3