Azərbaycanda ölüm üzrə göstəricilər

1699
(Yenilənib 15:28 03.05.2021)
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatları azərbaycanlıların daha çox hansı yaşda həyatla vidalaşdıqlarını əks etdirir.
İnfoqrafika: Azərbaycanda ölüm göstəriciləri
© Sputnik / Elnur Salayev

2021-ci ilin mart ayına olan məlumata görə, Azərbaycan əhalisinin sayı 10127127 nəfərdir və ölkə üzrə cəmi 0,1% əhali artımı qeydə alınıb. Aydın məsələdir ki, bunun əsas səbəblərindən biri ölüm hallarının artmasıdır. Sputnik Azərbaycanın xüsusi materialında ayrı-ayrı yaş qrupları üzrə ölüm göstəriciləri öz əksini tapıb. Qeyd edək ki, material 2019-cu ilin statistik məlumatları – indiyə kimi DSMF tərəfindən tam təhlil olunmuş sonuncu göstəricilər əsasında hazırlanıb.

Beləliklə, həmin il ölkədə 56 minə yaxın ölüm halı qeydə alınıb ki, onların da təxminən yarısını 65 yaşdan yuxarı insanlar təşkil edir.

Bu göstəricilərdə yeni doğulan körpələr arasında ölüm hallarının çox olması təəssüf doğurur. Belə ki, Azərbaycanda bir ildə 0-1 yaşlı uşaqlar arasında 1557 ölüm halı qeydə alınıb. Ən az ölüm halına isə yeniyetmələr arasında rast gəlinir. Ölkədə 2019-cu ildə 10-14 yaşlı uşaqlar arasında dünyasını dəyişənlərin sayı 234 nəfər təşkil edib.

Daha geniş məlumatla Sputnik Azərbaycanın xüsusi infoqrafikasında tanış ola bilərsiniz.

1699

Azərbaycanda pandemiyada "ulduzu parlayan" xidmət

1374
Azərbaycanda tətbiq olunan karantin rejimi gündəlik həyatın bütün sahələrinə olduğu kimi, taksi xidmətinə tələbatın artmasına da öz təsirini göstərib.
İnfoqrafika: Karantində taksi xidmətlərindən tez-tez istifadə edirsinizmi?
© Sputnik / Elnur Salayev

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirləri səbəbindən uzun müddətdir ki, ictimai nəqliyyatın işi ciddi şəkildə məhdudlaşdırılıb: həftə sonları ölkə daxilində avtobuslar işləmir və Bakı metrosu fəaliyyətini tamamilə dayandırıb. Bu vəziyyətdə, əlbəttə ki, taksilər xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.

Xüsusi araşdırmanın nəticəsi göstərib ki, mövcud şəraitdə sorğuda iştirak edən Azərbaycan sakinlərinin yalnız 2,9%-i taksidən istifadə etmir.

Pandemiya dövründə təmasların minimuma endirilməsi nəticəsində mobil tətbiqetmələrdən istifadə olunmaqla sifariş verilən xidmətlərə tələbat da kəskin şəkildə artıb. Taksilər də bu sıraya daxildir: taksi sifarişlərinin çoxu bu cür proqramlar vasitəsilə həyata keçirilir. Gözlənilməz fakt da var: respondentlərin təqribən 90%-i taksi xidmətlərinin haqqını nağd şəkildə deyil, plastik kartla ödəyib.

Azərbaycanlıların taksi xidmətinə münasibətinin necə dəyişdiyi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

1374
Teqlər:
infoqrafika, Azərbaycan, karantin, pandemiya, xidmət, taksi

"Quran"da adları çəkilən peyğəmbərlər nəçi olublar

2634
Müqəddəs kitabda onlarla peyğəmbərin adı çəkilir ki, onların arasında əkinçilər, tacirlər, dənizçilər və dülgərlər, hətta bağbanlar olub
Peyğəmbərlərin peşələri nə olub?
© Sputnik / Elnur Salayev

Din tarixinə görə, 124 min peyğəmbər olub, amma onların çoxunun adı və məşğuliyyəti məlum deyil. Müsəlmanların müqəddəs kitabı olan "Quran"da 30-dan az peyğəmbərin adı çəkilir.

Sputnik Azərbaycan-ın Ramazan ayı münasibətilə hazırladığı infoqrafikada "Quran"da adı çəkilən peyğəmbərlərin məşğuliyyətləri əksini tapıb.

Eləcə də oxuyun: 

* Allahşükür Paşazadə: "Ermənilər iftira atır, yalan danışırlar"

* Teoloq: “Orucluq insanlar arasında sosial bərabərlik yaradır

Şuşada bayram namazı - VİDEO

 

2634
Teqlər:
peşə, peyğəmbər

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

36
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

36