Cənnət meyvəsi: xurmanın faydaları nələrdir

1653
(Yenilənib 13:33 19.04.2021)
Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında xurmanın insan orqanizminə faydası və bu şirin meyvənin pəhriz saxlayanlar üçün mümkün ziyanından bəhs olunur.
İnfoqrafika: Xurmanın faydası
© Sputnik / Elnur Salayev

Xurma ta qədimdən çox faydalı meyvə hesab olunub və müqəddəs Ramazan ayında istifadəsi dəfələrlə artır. Belə hesab olunur ki, orucluqda iftarı xurma ilə açmaq daha məqbuldur.

Xurmanın insan orqanizminə faydasını saymaqla qurtarmaz. Bu şirin və ləzzətli meyvənin tərkibində, demək olar ki, orqanizmə lazım olan bütün faydalı maddələr, vitaminlər və mikroelementlər var.

Artıq çoxdan sübut olunub ki, qida rasionuna bu meyvəni daxil etməklə ürək damarlarını və immuniteti xeyli möhkəmləndirmək və ürək xəstəliklərinin inkişafının qarşısını almaq mümkündür.

Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında xurmanın bütün faydalı xüsusiyyətləri ilə tanış ola bilərsiniz.

1653
Teqlər:
infoqrafika, xurmanın faydaları, xurma

Azərbaycanda pandemiyada "ulduzu parlayan" xidmət

1374
Azərbaycanda tətbiq olunan karantin rejimi gündəlik həyatın bütün sahələrinə olduğu kimi, taksi xidmətinə tələbatın artmasına da öz təsirini göstərib.
İnfoqrafika: Karantində taksi xidmətlərindən tez-tez istifadə edirsinizmi?
© Sputnik / Elnur Salayev

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirləri səbəbindən uzun müddətdir ki, ictimai nəqliyyatın işi ciddi şəkildə məhdudlaşdırılıb: həftə sonları ölkə daxilində avtobuslar işləmir və Bakı metrosu fəaliyyətini tamamilə dayandırıb. Bu vəziyyətdə, əlbəttə ki, taksilər xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.

Xüsusi araşdırmanın nəticəsi göstərib ki, mövcud şəraitdə sorğuda iştirak edən Azərbaycan sakinlərinin yalnız 2,9%-i taksidən istifadə etmir.

Pandemiya dövründə təmasların minimuma endirilməsi nəticəsində mobil tətbiqetmələrdən istifadə olunmaqla sifariş verilən xidmətlərə tələbat da kəskin şəkildə artıb. Taksilər də bu sıraya daxildir: taksi sifarişlərinin çoxu bu cür proqramlar vasitəsilə həyata keçirilir. Gözlənilməz fakt da var: respondentlərin təqribən 90%-i taksi xidmətlərinin haqqını nağd şəkildə deyil, plastik kartla ödəyib.

Azərbaycanlıların taksi xidmətinə münasibətinin necə dəyişdiyi Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

1374
Teqlər:
infoqrafika, Azərbaycan, karantin, pandemiya, xidmət, taksi

"Quran"da adları çəkilən peyğəmbərlər nəçi olublar

2634
Müqəddəs kitabda onlarla peyğəmbərin adı çəkilir ki, onların arasında əkinçilər, tacirlər, dənizçilər və dülgərlər, hətta bağbanlar olub
Peyğəmbərlərin peşələri nə olub?
© Sputnik / Elnur Salayev

Din tarixinə görə, 124 min peyğəmbər olub, amma onların çoxunun adı və məşğuliyyəti məlum deyil. Müsəlmanların müqəddəs kitabı olan "Quran"da 30-dan az peyğəmbərin adı çəkilir.

Sputnik Azərbaycan-ın Ramazan ayı münasibətilə hazırladığı infoqrafikada "Quran"da adı çəkilən peyğəmbərlərin məşğuliyyətləri əksini tapıb.

Eləcə də oxuyun: 

* Allahşükür Paşazadə: "Ermənilər iftira atır, yalan danışırlar"

* Teoloq: “Orucluq insanlar arasında sosial bərabərlik yaradır

Şuşada bayram namazı - VİDEO

 

2634
Teqlər:
peşə, peyğəmbər

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

34
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

34